Şrift:
İranda daha 142 nəfər koronavirusdan ölüb, 2262 yeni “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb
10.07.2020 [13:57] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İyulun 10-da jurnalistlərlə görüşündə bu barədə məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 12 min 447 nəfərə, infeksiyaya yoluxanların ümumi sayı isə 252 min 720 nəfərə yüksəlib.


Sözçü bildirib ki, indiyədək 215 min 15 nəfər də xəsəlikdən tam sağalaraq evə buraxılıb. Sima Sadat Lari sonda qeyd edib ki, “Covid-19” pandemiya yoluxucu xəstəliyinə tutulan və hazırda intensiv terapiya şöbələrində müalicələrini davam etdirən 3319 nəfərin vəziyyəti ağırdır.


İran Səhiyyə Nazirliyi yaydığı rəsmi statistikada, ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 12 447 nəfərə, yoluxanların sayının isə 252 720 nəfərə çatdığı iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 69000 nəfəri keçdiyini, 2 milyon 700 min nəfərdən çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 440 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed