30.10.2012 [11:23] - DAVAMın yazıları
Elməddin Muradlı
Nəsillər, illər, fəsillər dəyişdi, səbrimiz dəyişmədi
Deyirlər, son ölən ümiddir. İnsan hər şeyini itirir, amma ümidini itirmir. Ümidsiz yaşamaq insana əzab verər, acı verər, kədər verər. Zatən, 19 il ümidlə yaşamağın özü də acı verir, kədər verir, daha çox da əzab verir. Axı niyə mən və mənim kimi yüz minlərlə insan 19 ildir öz kəndinə, elinə, obasına gedə bilmir? Nə üçün 12 yaşında tərk etdiyim Zəngilanı yuxularda görüb, əzab çəkməliyəm? Nədir günahım? Nədir ata-babalarımın günahı? Niyə onların bəzilərinin qəbri erməni tapdağı altında qalmalı, bəzilərinin də qəbri Azərbaycanın dörd bir yanında olmalıdır? Birinin qəbrini ziyarət etmək üçün Bakının bu başından o başına gedib çıxmaq kimə lazım idi? Onların həyatları didərgin olduğu kimi, qəbirləri də didərgin düşdü. Heç özləri də inana bilməzdilər ki, Zəngilandan sağ-salamat gəlib Badamdardın qəbristanlığında torpağa qovuşacaqlar.
Hərdən mənə elə gəlir ki, mənim babalarım çox az yaşadı. Bu gün onların tay-tuşları parkda oturub domino oynayır, amma mənim babalarım 8-10 ildir bu dünyadan köçüb. Onlar çox sağlam, gümrah adamlar idi. 1993-cü ilin oktyabrında ermənilərin hücumundan sonra Zəngilanı tərk edərkən ata babam mal-qarasını da çıxarmışdı. Ana babam isə mal-qaranı satıb yalnız motosikletini Bakıya gətirmişdi. O düşünürdü ki, bu gün-sabah Zəngilana qayıdacağıq, motosiklet lazım olacaq. Mən o motosikleti hələ kənddə olanda çox sürmüşdüm, saz vəziyyətdə idi. İllər keçdi, fəsillər dəyişdi, o motosiklet yağılşın-qarın altında saralıb soldu, dağıldı, yararsız hala düşdü. Babam yenə də onu satmaq istəmirdi. Deyirdi, kəndə qayıdanda düzəltdirəcəm. Bir gün televiziyada eşitdiyi bir cümlə babamın fikirlərini çox dəyişdi. O cümlə belə idi: «Torpaqları biz də ala bilməsək, gələcək nəsillər mütləq alacaq». Bu sözlər babamın Zəngilana qayıtmaq ümidinə çox pis təsir etmişdi. Bir aydan sonra motosikleti çox ucuz qiymətə satdı, amma bəzi ehtiyat hissələrini hələ də saxlayırdı ki, kəndə qayıdanda lazım olacaq. Biz kəndə qayıda bilmədik. Babam da bir-iki ildən sonra elə «kəndə qayıdacağıq» deyə-deyə öldü. Onun motosikletinin ehtiyyat hissələrini indi mən saxlayıram. Düşünürəm ki, nə vaxtsa lazım olacaq…
Ata babamın da həyatı buna bənzər idi. Mal-heyvanı Bakıda bir neçə ay saxladı, çox əziyyət çəkirdi. Satmaq fikri yox idi. Deyirdi, kəndə qayıdanda mən nə işi görəcəm? Mal-qara yoxdursa, mən kənddə yaşaya bilmərəm. Bir neçə aydan sonra babam fikrini dəyişdi. İnəkləri bir-bir satmağa başladı. Hər dəfə satdığı adama deyirdi ki, bax a, kəndə qayıdanda gəlib inəyimi geri alacam. Bir gün baxdıq ki, mal-qaranın hamısı satılıb. Babam özünü o qədər də sındarmadı. Üstündən bir il keçdi, dedilər, qaçqınlar, məcburi köçkünlər harada imkan varsa, orada məskunlaşsınlar. Biz də qohum evində məskunlaşmışdıq. Amma qohumun da səbri daşdı, «axı evdə nə qədər qaçqın saxlamaq olar?». Bu sözü bir neçə dəfə eşidəndən sonra atam dedi ki, köçək buradan, daha qohumda da qohumluq qalmadı. Biz o evdən çıxdıq. Neft quyularının arasında boş bir otaq tapıb orada məskunlaşdıq.
Sonra biz mal-qaranı satdığımız pulla bir ev tikdik. Ata babam deyirdi ki, çox xərc çəkməyin, palçıqdan tikin, bir-iki aya buranı söküb qayıdacağıq kəndə. Amma yenə də qayıda bilmədik. Düz 18 ildir həmin evdə məskunlaşırıq, torpaqdan tikilən evi bir neçə ildir sementlə bərkidirik. Ancaq kəndə qayıtmaq ümidimiz hələ ölməyib. Babamın motosikletinin ehtiyat hissələrini də saxlamışam…
Mənim babalarımın bəxti heç gətirmədi. Ana babamın pensiyası təzəcə artmışdı, kişi çox sevinirdi. Amma heç 3 ay çəkmədi, dünyasını dəyişdi. Ata babamın da bəxti gətirmədi. Onun bir otaqlı palçıqdan tikilən evi sürüşmə zonasında yerləşdiyi üçün sökülməli idi. Əvəzində kompensasiya da verirdilər. Babam hələ 2003-cü ildə, pulun pul vaxtında 2700 dollar pul alacaqdı. Amma yazıq kişi, pulu almağa 5 ay qalmış köçdü bu dünyadan…
Mənə həmişə elə gəlir ki, onların bəxti gətirmədi, onlar kəndimizə sağ-salamat dönə bilmədi. Amma bir az dərindən düşünəndə hiss edirəm ki, babalarım çox xoşbəxtdir. Onların ruhu kəndimizə qayıdıb. Viranə kənddə didərgin ruhları yaşayır.
Deyirlər, ölən öldü, canın qurtardı, vay qalanın halına. 19 ildir Vətənsiz, torpaqsız yaşayanların vay halına. 19 ildir işğal olunub Zəngilan. 19 ildir ümidlə yaşayırıq. Bəlkə də, ümidimiz artıq qırılıb, sadəcə səbrlə yaşayırıq. Heç bilmirəm, ümidin qırılması dəhşətdir, yoxsa səbrin tükünməsi? Hər halda, Allah kəssin belə ümidi də, səbri də. Bundan sonra kim qayıdacaq o yerlərə? Kim yandıracaq sönmüş ocaqları? Kimə lazımdır bu qədər səbr? Kimə??? Babalar Vətən deyə-deyə öldü, övladlar Vətən dərdi çəkə-çəkə yaşlandı, nəvələr - elə biri mən - yalnız yuxularda xatırlayır o torpaqları, nəticələr isə - yəni mənim övladlarım - heç o yerləri tanımır da…

Bu xəbər oxucular tərəfindən 1394 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |