11.07.2020 [11:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu təmsilçilər Azərbaycan türkləri ilə həmrəylik göstərmək məqsədilə yaydıqları videolarda İran məhkəmələrinin çıxardığı ədalətsiz və qəddarca hökmlərini şiddətlə qınayıblar.
Onlar həmçinin Abbas Lisaninin qeyd-şərtsiz sərbəst buraxılmasını tələb ediblər.
Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin sədri Jalə Təbrizi yaydığı yeni bir mesajda təmsil etdiyi cəmiyyətin bütün siyasi məhbusların sərbəst buraxılmasına qədər səylərini davam etdirəcəyini bildirib.
insan hüquqlarının müdafiəsi ilə məşğul olan qeyri-hökumət təşkilatı Ərk uzun illərdir beynəlxalq qurum və təşkilatlarda Güney Azərbaycanda insan haqları sahəsində olan problemləri gündəmə gətirir.
Ərk cəmiyyəti Abbas Lisaniyə qarşı çıxarılan hökmün təsdiqlənməsindən sonra bütün imkanlarını səfərbər edərək bu xəbəri beynəlxalq insan haqları təşkilatlarına və medialara çatdırmağa çalışıb. Ərk həmçinin dosye ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatına müraciət edib.
Qeyd edək ki, İran Ali Məhkəməsi Ərdəbil Apelyasiya Məhkəməsinin Abbas Lisaniyə qarşı çıxardığı qərarı təsdiq edərək qüvvədə saxlayıb.
Hazırda Ərdəbil zindanının 7-ci bölümündə saxlanılan Abbas Lisani 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. Birinci instansiya məhkəməsində 8 il azadlıqdan məhrum edilən fəalın həbs müddəti gözlənilməz şəkildə Ərdəbil Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 15 ilədək uzadılıb.
Xatırladaq ki, Türkiyədə fəaliyyət göstərən “Çağdaş Azərbaycan Kültür Dərnəyinin” sədri Camal Məhmətxanoğlu, həmçinin İranda ərəb millətinin hüquqlarını müdafiə edən məşhur fəal və yazıçı Yusif Əzizi Bənitorof və Bəluc Fəallar Kampaniyası təşkilatının sədri Abdulla Arif, eləcə də Türkmənsəhra İnsan Hüquqları Müdafiəçiləri Təşkilatının Koordinasiya Şurasının katibi Yusif Kor daha öncə tanınmış fəal barəsində çıxarılan həbs cəzasının təsdiqlənməsini qınayaraq onun qeyd-şərtsiz sərbəst buraxılmasını tələb ediblər.

Bu xəbər oxucular tərəfindən 649 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |