Şrift:
Təbrizdə tutuqlanan milli fəal Rza Cəlilpur zəmanət qarşılığında sərbəst buraxılıb
30.10.2012 [11:29] - Güney Azərbaycan xəbərləri
Oktyabrin 20-də (mehrin 29-da) “Traxtur-İstiqlal” müsabiqəsindən sonra Təbrizdə tutuqlanan milli fəal Rza Cəlilpur zəmanət qarşılığında sərbəst buraxılıb.

24 saat saxlanıldıqdan sonra Təbriz ETTELAATının (İran Kəşfiyyat Nazirliyi) təcridxanasından azadlığa buraxılan “Traxtur” tərəfdarı, “Traxtur-istiqlal” müsabiqəsindən sonra milli takımın (tim) qələbə şənliyində iştirak etdiyi zaman tutuqlanmışdır.

Qeyd edək ki, Təbrizin “Traxtur” futbol takımının müsabiqələrində çoxlu milli şüarlar səsləndirildiyi üçün, İranın təhlükəsizlik qüvvələri tamaşaçılar qismində iştirak edən soydaşlarımıza qarşı müxtəlif formalarda təzyiq edir və əksər müsabiqələrdə bir neçə nəfəri yaxalayır.
Bu xəbər oxucular tərəfindən 1168 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed