Şrift:
İran parlamentinin Həştruddan seçilmiş deputatı koronavirusa yoluxub
11.07.2020 [11:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney azərbaycanlı deputat iyulun 10-da “Mehr” xəbər agentliyinə açıqlamasında deyib ki, ondan koronavirus üçün götürülən testin cavabı müsbət çıxıb: “Test analizlərinin cavabı pozitiv çıxdığına görə, mən iyulun 8-də “Bəqiyyətullah” xəstəxanasındaydım və buna görə də parlament iclasına qatıla bilmədim.


Xoşbəxtlikdən hazırda səhhətim yaxşıdır və elə ciddi bir problem yoxdur. Lakin həkimlərin tövsiyəsinə görə hazırda ev şəraitində karantinə alınmışam” -deyə, deputat Həmzə Əmini bəyan edib.


Deputat, “Covid-19” infeksiyasına konkret necə və nə zaman yoluxduğunu açıqlamayıb.


Xatırladaq ki, son günlər İran parlamentinin daha 2 deputatı pandemiya xəstəliyinə yoluxub. Urmiyadan seçilmiş deputat Vəhid Calalzadə və Sulduzdan seçilən deputat Əli Zəncani mediaya açıqlamalarında bildiriblər ki, koronavirusa yoluxduqları üçün həkimlərin tövsiyələrini nəzərə alaraq iki həftə müddətinə ev şəraitində karantin rejimində qala, müalicələrini davam etdirəcəklər.
Bu xəbər oxucular tərəfindən 492 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed