11.07.2020 [12:08] - Gündəm, Hadisə
Nepalın mərkəzi hissəsində yerləşən Qandaki əyalətində leysan yağışları səbəbindən baş verən bir neçə torpaq sürüşməsi nəticəsində azı 24 nəfər həlak olub, 23 nəfər itkin düşüb.
“Kathmandu Post” qəzeti xəbər verir ki, aramsız yağışlar əyalətin dörd rayonunda torpaq sürüşmələrinə səbəb olub. Təbii fəlakətdən ən çox Myaqdi rayonu zərər çəkib. Burada 40-dan çox ev torpaq altında qalıb, 400-dən çox insan isə evlərini tərk edərək yerli administrasiya və məktəb binalarına sığınmağa məcbur olub.
Hazırda torpaq sürüşmələrinin baş verdiyi rayonlarda axtarış-xilasetmə əməliyyatları davam edir.

Bu xəbər oxucular tərəfindən 612 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |