30.10.2012 [13:11] - Gənclik
Ukraynanın Vinnitsa şəhərində”Azərbaycanla Ukraynanın tarixi dostluq əlaqələrinin inkişafında gənclərin rolu”mövzusunda tədbir keçirilib .Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Vinnitsa vilayət təşkilatnın təşəbbüsü ilə küçirilən tədbirdə Türkiyə,Rusiya,Fələstin,Moldova, Çin və digər ölkələrin gəncləridə iştirak edib.
Azərbaycan və Ukraynanın dövlət himnlərinin sədaları altnda başlanan tədbiri Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Vinnitsa Vilayət təşkilatının sədri Süleyman Süleymanlı açaraq,Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrindən danışıb. Ölkələrimiz dövlət müstəqilliyini əldə etdikdən sonra ikitərəfli iqtisadi-siyasi, elmi-mədəni əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayan təşkilat rəhbəri xalqlarmız arasında dostluq münasibətlərinin dahada inkişaf etdirilməsində gənclərin üzərinə düşən tarixi missiyadan danışıb. Tədbirdə Vinnitsa Vilayət deputatlar sovetinin sədri Sergey Tatasyuk çıxış edərək, müstəqillik tarixlərini qoşa addmlayan Azərbaycanla Ukraynanın beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınmasının tarixi əhəmiyyətindən söz açıb. Bu mənada tədbirə qatılan gəncləri belə bir xoş və nəcib ənənənin qorunub saxlanılmasında daima fəallıq nümayiş etdirməyə səsləyib. Tədbirdə çıxış edən vinnitsa şəhərindəki Azərbaycan diasporunun nümayəndəsi Eldar Nəzərov son illər Ukraynada xalqımızın milli-mənəvi dəyərlərinin ,qədim və zəngin mədəniyyətinin,o cümlədən Azərbaycan həqiqətlərinin təbliğ olunmasında Ukrayna Azərbaycanl Gənclər Birliyinin həyata keçirtdiyi tədbirlərin müstəsna əhəmiyyətindən danışıb. Doğma vətənimiz naminə səmərəli tədbirlər həyata keçirən gənclərə minnətdarlığını bildirib.
Sonra Tədbirə qatılanlar Azərbaycanın qədim və müasir həyatını özündə əks etdirən sənədli filmə baxmaqla , günün-gündən yeniləşən ölkəmizin füsünkar gözəllikləri ilə tanış olublar.Tədbir iştirakçılarına son illər Azərbaycanda həyata keçirilən qlobal iqtisadi layihələr haqqında ətraflı məlumat verən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov bu gün avroatlantik məkana inamlı inteqrasiya yolunu tutan Azərbaycanla Ukraynanın beynalxalq tədbirlərdə eyni mövqedən çıxış etmələrini ,prinsipal məsələlərdə bir birilərinə dəstək vermələrini müstəqillik tariximizin uğuru kimi dəyərləndirib.Bu məsələlərdə gənc nəslində eyni mövqedən çıxış etmələrinin vacibliyini vurğulayıb. Tədbirdə Azərbaycanlı və Ukraynalı gənclərin nümayiş etdirdiyi milli rəqslər, rəngarəng mahnılar və şən və həzin musiqi nömrələri böyük maraqla qarşılanıb.
Tədbirin sonunda Vinnitsanın ictimai mədəni həyatında göstərdikləri fəallığa görə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Vinnitsa vilayət təşkilatına Vinnitsa Vilayət Radasıının fəxri diplomu və hədiyyələri təqdim olunub.
Elnur Eltürk

Bu xəbər oxucular tərəfindən 1424 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |