Şrift:
Qərbi Azərbaycan əyalətində koronavirus qurbanlarının sayı 570 nəfəri ötüb
13.07.2020 [10:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə məlumat verib. Ağazadənin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 304 nəfərinin COVID-19 testi pozitiv çıxıb.

O bildirib ki, son 24 saatda infeksiyaya yoluxmuş daha 143 nəfər xəstəxanaya yerləşdirilib, 14 nəfər dünyasını dəyişib.

Tibb Universitetinin rəisi Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 571 nəfərə çatdığını bildirib.





“İnfeksiyaya yoluxanlardan 180 nəfər reanimasiya şöbəsində müalicə alır. Onların 54 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdırlar,” deyə Ağazadə qeyd edib.





Zəncan əyalətində də son 24 saatda daha 51 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə koronavirus infeksiyasına yoluxanların ümumi sayının 2 min 149 nəfərə çatdığını bildirib.

Qızılbaşın sözlərinə görə, Zəncanda koronavirusdan ölənlərin sayı isə 212 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 1702 nəfərinin tam sağaldığını bildirib.

Qızılbaş həmçinin qeyd edib ki, hazırda 667 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarda müalicə alır.



Güney Azərbaycanın Ərdəbil əyalətində də son 24 saatda 44 yeni koronavirusa yoluxma faktı aşkar edilib. Bu barədə məlumat verən Ərdəbil Tibb Universitetinin rektoru Şəhram Həbibzadə qeyd edib ki, hazırda əyalətdə xəstəliyə yoluxan 236 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 52 nəfəri reanimasiya şöbəsindədir.

Həbibzadə son 24 saatda daha 3 nəfərin koronavirusdan öldüyünü bildirib.
Bu xəbər oxucular tərəfindən 318 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed