13.07.2020 [10:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Abbas Lisaninin Telegram kanalının verdiyi məlumata əsasən, keçmiş deputat Abbas Lisaninin həbsinin təsdiqlənməsinə qarşı Azərbaycan millətinin etiraz səsi olacağını vurğulayıb.
“Çalışacağım Həsən Əlmasi, Əkbər Ələmi və digər Azərbaycan deputatlarını da bu işə cəlb edəm. Birləşmiş Millətlər Təşkilatının İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Cavid Rəhmana (məsələ ilə əlaqədar) məktub ünavnlanmışam,” deyə Ərdəbil Tibb Universitetinin keçmiş rektoru qeyd edib.
O həmçinin qeyd edib ki, “xalq qəhrəmanlarını həbsdə saxlamaq bütün diktator rejimlərin üslubudur”.
Pirmüəzzin videoçıxışının sonunda 1979-ci il inqilabında heç kəsin düşüncəsinə görə həbs edilməyəcəyi barəsində verilən vədi də xatırladıb.
Qeyd edək ki, İran Ali Məhkəməsi Ərdəbil Apelyasiya Məhkəməsinin Abbas Lisaniyə qarşı çıxardığı qərarı təsdiq edərək qüvvədə saxlayıb. Hazırda Ərdəbil zindanının 7-ci korpusunda saxlanılan Abbas Lisani 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. Birinci instansiya məhkəməsində 8 il azadlıqdan məhrum edilən fəalın həbs müddəti gözlənilməz şəkildə Ərdəbil Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 15 ilədək uzadılıb.
Xatırladaq ki, son günlərdə İranda yaşayan qeyri-fars millətlərin təmsilçiləri, siyasi fəallar və insan hüquqları təşkilatları Abbas Lisaniyə qarşı çıxarılan hökmə reaksiya göstərərək bu hökmün ləğv edilməsini istəyiblər.
Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin sədri Jalə Təbrizi və Türkiyədə fəaliyyət göstərən “Çağdaş Azərbaycan Kültür Dərnəyinin” sədri Camal Məhmətxanoğlu, həmçinin İranda ərəb millətinin hüquqlarını müdafiə edən məşhur fəal və yazıçı Yusif Əzizi Bənitorof və Bəluc Fəallar Kampaniyası təşkilatının sədri Abdulla Arif, eləcə də Türkmənsəhra İnsan Haqları Kampaniyası fəalı Sadıq Rəcəbiyan Təmək və Türkmənsəhra İnsan Hüquqları Müdafiəçiləri Təşkilatının Koordinasiya Şurasının katibi Yusif Kor daha öncə tanınmış fəal barəsində çıxarılan həbs cəzasının təsdiqlənməsini qınayaraq onun qeydsiz-şərtsiz sərbəst buraxılmasını tələb ediblər.

Bu xəbər oxucular tərəfindən 337 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |