31.10.2012 [09:54] - Gündəm, DAVAMın yazıları
Hərdən iş yerində Amilin bir kənara çəkilib nə isə yazdığını görürdüm. Soruşanda isə, “tamamlayım axırda yazını sənə verəcəm oxuyarsan” cavabını alırdım. Nəhayət yaxın günlərdə Amil kiçik kağız parçalarında yazılarını mənə verdi. Oxuyanda həqiqətən təsirləndim və söz verdim ki, sənin bu yazının mətbuatda yayımlanmağında köməklik göstərəcəyəm. Amilin Zəngilanla bağlı yazdığı xatirələrini məzmun dəyişməmək şərtilə sizlərə təqdim edirəm.
Mən Gülüşov Amil Zeyni oğlu 1986-cı il fevral ayının 23 də Zəngilan rayonunun Ördəkli kəndində anadan olmuşam.Hal-hazırda Bakı Dövlət Universitetinin 2 saylı tələbə yataqxanasında məskunlaşmışam. Ailəliyəm. Bir oğlan övladım var.
Artıq 20 ilə yaxındır doğma yurdun həsrətilə yaşayıram. əslində isə buna yaşamaq demək olmaz. Çox ağır dərddi Vətən dərdi. O illəri kövrəlmədən, ürək ağrısız xatırlamaq mümkün deyil. Çünki uşaqlıq illərim, ağlımın kəsdiyi ilk vaxtlar Zəngilan torpağında gəzmişəm, o elin-obanın suyunu içib, havası ilə nəfəs almışam. İstəyirəm Zəngilanla bağlı olan xatirələrimi sizlərlə bölüşüm.
Atam evdə çox olmazdı. Səhhətindəki problemlə bağlı bir müddət Bakıda müalicə alırdı. Həyətdə oynayırdım. Birdən atışma səsləri eşidildi. Deyirdilər ermənilər hücuma keçir. Elə oldu ki, bizi yəni- nənəmi, qardaşımı, bacımı, dayımın yoldaşını və yenicə doğulmuş iki körpə qızını şəhərə yola saldılar. Bir tərədən havanın hədsiz soyuqluğu digər tərəfdən də ailəmizin həyəcan təlaş içində olmağı mənə çox pis təsir edirdi. Böyüklərin danışdıqlarından bilirdim ki, deyirdilər müharibə başlayır. Nəhayət gəlib çıxdıq Bakıya. Saray qəsəbəsində məskunlaşdıq. Bir müddət burada qaldıq. Hər gün ağlayırdım, çox darıxırdım evimiz, kəndimiz üçün. Bir müddət keçdi bizi yenidən öz kəndimizə qaytarmalı oldular. Birinci Mincivana gəldik. Kəndimizə qayıtdığımız üçün çox sevinirdim. Sevincimin həddi hüdudu yox idi. Nə biləydim ki, lənətə gəlmiş erməni bu sevinci yarımçıq qoyacaq. Doğma kəndimi əlimdən alacaq. Mincivanda qatardan düşəndə hava çox soyuq idi və bərk yağış yağırdı. Sanki yağış da mənim sevincimə şərik idi. Bu sətirləri yazıqca kövrələrək o illərə qayıdıram. Uşaqlıqda sevindiyim anlar yaıma düşür. Ancaq neynəmək olar. Qismət belə imiş .
Mincivandan öz kəndimizə gəldik. Qohumlar bizi nənəmgilin evində gözləyirdilər. Qapıdan içəri girən kimi bacım, qardaşım babamgil tərəfə qaçdılar. Mən isə sevincdən bilmirdim nə edim. Uşaq da olsam eldən-obadan ocaqdan ayrılmağın nə olduğunu dərk edib anlayırdım. Kənddə qayıdışımızla elə bilirdim hər şey yaxşı olacaq həmişə burda qalacağıq. Heç bir yerə getməyəcəyik. Ancaq nə biləydim ki, bu sevinc sonuncu sevincim, doğma torpağımla sonuncu vidalaşmağımdır. Bilsəydim uzun illər doğma yurdumu görmək həsrətilə yaşamaq məcburiyyətində qalacağam, doyunca torpağımı qucaqlayardım.
1993-cü ilin oktyabr ayının 30-u soyuq qış günündə biz kəndimizdən ayrılmalı olduq. Artıq atəş səsləri eşdilir, camaat kənddən çıxırdı. Bizi maşınlara mindirərək yola salırdılar. Zəngilanla aramızdakı məsafə yavaş -yavaş uzanırdı. Araz çayını keçərək İran sərhəddinə daxil olduq. Havanın soyuqluğu artıq mənə təsir etmirdi. Kəndimizdən ayrıldığım üçün ağlayırdım. Əlimdən heç nə gəlmirdi. Maşının içində bürünüb dayanmışdıq. Atamla dayım hələ də kənddə idilər. Biz onları gözləyirdik. Nəhayət Atamgil gəlib çıxdılar. Hamı soyuq havada acından taqətsiz qalmışdı. İrandan Azərbaycana gəldik. Bir bağçada məskunlaşdıq. Bir müddət sonra dayımın dostları bizi BDU-nun yataqxanasına yerləşdirdilər. O vaxtdan bu günə qədər həmin yataqxanada çox çətin günlərimiz olub. Ailəmizin dolanışığı üçün Anam peraşqi bişirirdi və mən onu sataraq ailəmiz üçün gündəlik qazanc edirdim. Hətta elə olub ki, peraşqi satılmayıb mən onların hamısını özüm yemişəm. Lakin anamın zəhmətini yerə vurmamaq üçün bazarda yük daşıyaraq pul qazanıb anama aparmışam. Ancaq anamın xəbəri olmayıb ki, pulu yük daşıyaraq qazanmışam. Sonralar kaset dükanında işlədim. Orada işləyə-işləyə ali təhsil almaq üçün hazırlaşdım və 2003-cü ildə Azərbaycan Texniki Universitetinin Metallurgiya fakultəsinə daxil oldum. Oxuya-oxuya yenə də işləyərək pul qazanırdım.
Nəhayət universiteti qurtaran zaman vinetka üçün uşaqlıq şəkli lazım oldu. Məndən uşaqlıq şəkli istədilər. Çox pis oldum. Mənimsə uşaqlıq illərimin şəkilləri yanaraq məhv olmuşdu. Hansı hisləri keçirdiyimi yazmaqla sizə çatdırmaq çox çətindir. İndi də tələbə yoldaşlarımın hamısının vinetkada şəkilləri var. Məndə isə həmin yer hələ də boşdur.
2011-ci ildə ailə həyatı qurdum. Oğlumun 1 yaşı var.
Hal-hazırda 26 yaşım var. Bu illər ərzində Zəngilansız keçirdiyim hər saat hər dəqiqə mənim üçün əzabdı. Heç kimə vətənsiz yaşamaq arzu etmirəm.
Gənc Diplomatlar Birliyinin mətbuat katibi Həsən Babayev

Bu xəbər oxucular tərəfindən 1855 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |