Şrift:
Sel Güney Azərbaycanın müxtəlif bölgələrində fəsadlar yaradıb
14.07.2020 [10:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycan əyalətinin Böhran İdarəetmə İdarəsinin baş direktoru Məhəmməd Bağır Hünərbərin verdiyi məlumata əsasən, sel Şəbüstər, Mərənd, Əcəbşer, Çaroymaq və Marağa vilayətlərində əkinçilik və bağçılıq sahələrinə, maldarlıq sexlərinə və su kanallarına, eləcə də yollara və körpülərə ziyan vurub.





Daşqınlar adı çəkilən vilayətlərin Pirbala, Əslikəndi, Seyidli, Göl, Küzəkünan, Heydərabad, Çöhrəqan, Şeyxvəli, Til, Şindava, Hərgəlan, Qozluca və Yayçı kəndlərində fəsadlar törədib.







Məlumata əsasən, Xoy-Mərənd və Şəbüstər-Təsuc yolları, həmçinin Marağa vilayətində yerləşən Muğancıq, Qarabulağı, Köhlan, Şəlilvənd, Qartavul və kahcıq kəndlərinin yollarına ziyan dəyib.





Məlumata görə, yağan yağışlar müxtəlif bölgələrdə kanalizasiyaların daşmasına, yolların suyun altında qalmasına və evləri su basmasına səbəb olub. Yağıntılar nəticəsində bəzi yaşayış evlərinə ziyan dəydiyi də bildirib.



İranda türkmənlərin yaşadığı Türkmənsəhra məntəqəsində də daşqınlar baş verib. Sel nəticəsində Əcən Qara Xoca kəndində evlərə və kənd təəssüratı məhsullarına ziyan dəyib, bir neçə mal-qara tələf oldu.
Bu xəbər oxucular tərəfindən 402 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed