14.07.2020 [14:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yerli rəsmilərin dediklərinə əsasən, əvvəlcə müəssisədə yanğın başlayıb. Daha sonra qaz çənlərinə keçən alov partlayışlara səbəb olub. Nəticədə, ətrafda olan digər bir şirkətə də ciddi ziyan dəyib.
Bildirilir ki, hadisə nəticəsində ölən və yaralanan olmasa da, zavodun böyük hissəsi yanıb.
Hadisə nəticəsində zavodun 6 çəni yanaraq partlayıb, 2-si mühafizə edilib. Yanan çənlərdən biri partlayışın gücündən zavoddan kənara düşüb.
Sözügedən zavod Məşhəd-Fəriman yolunda yerləşən Kavian sənaye şəhərciyinin ərazisində yerləşir.
Qeyd etmək lazımdır ki, son günlər ərzində İranın bir neçə mühüm hərbi və sənaye müəssisəsində partlayış və yanğın baş verib. Hələlik həmin hadisələrin baş vermə səbəbləri detallı olaraq İran ictimaiyyətinə açıqlanmır.

Bu xəbər oxucular tərəfindən 390 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |