Şrift:
Neapol, Venesiya və Florensiya kitabxanalarında Azərbaycana aid əlyazmalar araşdırılacaq
31.10.2012 [10:58] - Mədəniyyət
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutu İtaliyanın Neapol, Venesiya və Florensiya kitabxanalarında Azərbaycana aid əlyazmaları araşdıracaq.

Bu barədə institutun Tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərli məlumat verib.

Onun sözlərinə görə, İtaliya kitabxanalarında Azərbaycana dair saysız-hesabsız sayda qədim əlyazmalar var. Bu ilin noyabr ayının sonlarında Neapol şəhərində Neapol Universitetinin təşkilatçılığı ilə Şərq əlyazmalarına dair beynəlxalq konfrans keçiriləcək. Orada Azərbaycan əlyazmalarının öyrənilməsi, kataloqlarının tərtib olunması və xaricdə nəşr edilməsi məsələləri də müzakirə olunacaq: “Konfransda Azərbaycan və İtaliya alimləri arasında Azərbaycan əlyazmalarının tapılması və ölkəyə gətirilməsi sahəsində əməkdaşlıq imkanları müzakirə ediləcək. Sonrakı mərhələdə Azərbaycan və İtaliya arasında əlyazmaların tapılması və öyrənilməsi sahəsində müqavilə imzalana bilər”.
Bu xəbər oxucular tərəfindən 1303 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed