Şrift:
“Ermənistanın pultu Rusiyanın əlindədir” – Təxribatda Moskvanın “əl”i var !
14.07.2020 [15:54] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Bu, o deməkdir ki, Rusiya təyyarəçiləri də təxribatda iştirak edirlər”

Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb. O, bu barədə azərbaycanlı və erməni həmkarları ilə telefon danışığında bildirib.

Bir halda ki təxribatı törədən işğalçı Ermənistandır, onda niyə S.Lavrov ölkəmizi təcavüzkar tərəflə eyni tərəzinin gözünə qoyur?

Sualmızı cavablandıran millət vəkili Fərəc Quliyev məsələ ilə bağlı “Sherg.az”a danışarkən təxribatın başında Rusiyanın əli olduğunu bildirib:

“Ermənistan müdafiə naziri Rusiyanın hərbi təyyarəçilərini mükafatlandırıb. Bu, o deməkdir ki, Rusiya təyyarəçiləri də təxribatda iştirak edirlər. Və Rusiya hökumətinin bundan xəbəri var.

Hökumətin icazəsi olmadan belə bir addım atmaq mümkün deyil. Şimal qonşumuz 30 ildir, olduğu kimi, yenə də Ermənistanın arxasındadır. Ermənistan sadəcə maşadır. Onun pultu isə Rusiyanın əlindədir.

ATƏT Minsk Qrupunun üzvü olan Rusiya həmişə Ermənistana maddi və silah yardımı göstərib. Əgər bu dövlət, həqiqətən, vəziyyəti stabilləşdirmək istəyirsə, onda özü qırağa çəkilməlidir”.

Kənan Novruzov/sherg.az
Bu xəbər oxucular tərəfindən 605 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed