Şrift:
Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 590 nəfərə çatıb
15.07.2020 [09:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə məlumat verib. Ağazadənin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 368 nəfərinin COVID-19 testi pozitiv çıxıb.





O bildirib ki, son 24 saatda infeksiyaya yoluxmuş daha 155 nəfər xəstəxanaya yerləşdirilib, 8 nəfər dünyasını dəyişib.





Tibb Universitetinin rəisi Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 586 nəfərə çatdığını bildirib.





“İnfeksiyaya yoluxanlardan 169 nəfər reanimasiya şöbəsində müalicə alır. Onların 49 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdırlar,” deyə Ağazadə qeyd edib.





Zəncan əyalətində də son 24 saatda daha 45 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə koronavirus infeksiyasına yoluxanların ümumi sayının 2 min 247 nəfərə çatdığını bildirib.

O əlavə edib ki, bu rəqəm sadəcə COVID-19 testi pozitiv çıxanları əhatə edir və əyalətdə bu günə kimi 6 min 940 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alıb.





Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 5 nəfər koronavirusdan dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 221 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 1794 nəfərinin tam sağaldığını bildirib.





Qızılbaş həmçinin qeyd edib ki, hazırda 659 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.





Güney Azərbaycanın Ərdəbil əyalətində də son 24 saatda 46 yeni koronavirusa yoluxma faktı aşkar edilib. Hazırda əyalətdə xəstəliyə yoluxan 244 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 42 nəfəri reanimasiya şöbəsindədir.





Həmçinin son 24 saatda Ərdəbildə daha 2 nəfərin koronavirusdan öldüyü bildirib.
Bu xəbər oxucular tərəfindən 318 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed