Şrift:
Türkiyədə PKK-ya qarşı yeni antiterror əməliyyatı keçirilir
15.07.2020 [09:46] - Xəbərlər, Hərb
Şirnak vilayətində həyata keçirilən əməliyyata “Yıldırım-1 Cudi” şərti adı verilib. Bildirilir ki, Cudi dağından başlanan bu əməliyyat sistemli şəkildə davam etdiriləcək.


Qeyd edək ki, Türkiyə təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatları terror təşkilatlarını təşvişə salıb. Xüsusilə PKK sıralarını sürətlə tərk edən terrorçular təslim olmaqda davam edirlər. Milli Müdafiə Nazirliyinin məlumatına görə, İraqın şimalındakı terror düşərgələrindən qaçan daha 4 PKK üzvü Silopidə Türkiyə polisinə təslim olub.


İdlibdə isə Türkiyənin patrul karvanına hücum edilib. Hücum nəticəsində itki olmadığı, iki hərbi avtomaşına qismən ziyan dəydiyi bildirilir.
Bu xəbər oxucular tərəfindən 449 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed