Şrift:
Litva KİV-ləri Ermənistanın törətdiyi hərbi təxribatlardan yazır
15.07.2020 [10:31] - Xəbərlər, Hərb
Litvanın aparıcı kütləvi informasiya vasitələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində yerləşən Tovuz rayonuna hücum cəhdləri və törətdikləri təxribatlara dair məqalələr dərc olunub.

Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən hücuma məruz qaldığı qeyd edilən məqalələrdə hər iki tərəfin itki verdiyi bildirilir, təxribatlara baxmayaraq, Azərbaycan tərəfinin bir qarış belə ərazi itirmədiyi vurğulanır.

Məqalələrdə, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin tarixi barədə məlumat verilir. Bununla yanaşı, məqalələrdə Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışından fikirlər yer alıb.
Bu xəbər oxucular tərəfindən 578 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed