15.07.2020 [11:29] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Belə həssas məqamda istefa tələbi irəli sürmək düşmən dəyirmanına su tökməkdən başqa nəsə deyil”
Məlum olduğu kimi, 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından mövqelərimizi atəşə tutublar. Düşmən təxribatlarının qarşısı alınarkən Azərbaycan Ordusunun yüksək və aşağı rütbəli hərbçiləri şəhid olub.
Düşmənin itikilərinin daha çox olduğu bildirilir. DTX-nin verdiyi məlumata görə, cəbhədə baş vermiş döyüşlər zamanı xalqımızın hər zaman olduğu kimi nümayiş etdirdiyi milli həmrəylik və birliyindən, vətəndaş-dövlət vəhdətindən narahat olan düşmən dairələr və antimilli qüvvələrin Respublikada ictimai-siyasi sabitliyi, əminamanlığı pozmağa, dövlətin, onun ordusunun və digər strukturlarının sistemli fəaliyyətinə zərbə vurmağa uğursuz cəhdləri müşahidə edilməkdədir:“Bir qrup şəxs öz çirkin niyyətlərini yerinə yetirmək üçün dövlət sərhədində baş vermiş düşmən təxribatlarından sui-istifadə edərək Silahlı Qüvvələrimizi, Azərbaycan əsgərini, həmçinin hakimiyyət və hüquq-mühafizə orqanlarını gözdən salmaq, onlara inamsızlıq yaratmaq, Azərbaycan Respublikasının müdafiə qabiliyyətinə xələl gətirmək məqsədilə sosial media səhifələrində əhali arasında çaşqınlıq, ölkədə qarışıqlıq yaratmağa yönələn məlumatlar yaymağa başlayıb və dövlət əleyhinə açıq çağırışlar ediblər.
İyulun 12-si və 13-də sabiq müdafiə naziri Rəhim Qazıyevin Azərbaycan-Ermənistan sərhədində düşmənin təxribatları ilə bağlı döyüş əməliyyatlarının aparıldığı və bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verildiyi bir vaxtda məqsədyönlü şəkildə sosial şəbəkələr vasitəsilə hadisələrin mahiyyəti barədə aşkar surətdə həqiqətə uyğun olmayan xəbərlər yayıb Azərbaycan Respublikasının müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər edərək, insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etməklə təxribat törətməsinə əsaslı şübhələr müəyyən olunub”.
Cəbhədə gərginlik yaşanan ilk gün gecə saatlarında bir qrup təxribatçı Qaradağ rayonunda yola çıxıb, Qarabağa getmək adı ilə təxribatçı, hakimiyyət əleyhinə şüarlar səsləndirib. Bunlar təsadüfdür, yoxsa hansısa xarici qüvvələr bu həssas məqamda Azərbaycanı çalxalamaq istəyir?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, küçələrə çıxıb belə çağırışları edənləri iki kateqoriyaya bölmək olar:“Səmimi hisslərini ifadə edənlər və müəyyən təxribat törətmək məqsədi güdənlər. Biz müharibə olmayan zamanlarda çoxlu müsahibələr etmişik. Şahidisiniz ki, həmin müsahibələrdə ən çox müharibə tələbini irəli sürənlərdən biri mən olmuşam. Parlamentdə Qarabağda hərbi əməliyyatları bərpa etməklə bağlı onlarla çıxışım var. Partizan hərəkatının yaradılmasını tələb etmişəm, hətta bununla bağlı məsuliyyəti üzərimə götürməyə hazır olduğumu da bildirmişəm. Bəziləri bu amildən gündəmə gəlmək üçün istifadə edir. Vətənpərvərlik hissləri yüksək olan şəxsləri də anlayıram. Biz bütün məsələləri mərkəzləşmiş şəkildə etməliyik. Hansısa hərəkətlilik olacaqsa, bunu Ali Baş Komandanla razılaşdırılmış şəkildə həyata keçirməliyik. Hər bölgədə bir qrup adam yığışıb bir qərar verib, onun icrasını təmin edə bilməz. Savaşa belə getmək olmur. Dəstək verməyə hazır olanlar uyğun strukturlara müraciət etməlidir. Bir qisim şəxs isə insanların heysiyyəti ilə oynamağa çalışır. Belə həssas məqamda istefa tələbi irəli sürmək düşmən dairmanına su tökməkdən başqa nəsə deyil. Bunlar birmənalı şəkildə xarici dövlətlərin təhriki ilə hərəkət edirlər. Ermənistanda daxili vəziyyət çox qeyri-sabitdir. Güllə səsi eşidilən kimi, hətta bir-birinə zidd olan qüvvələr birlik nümayiş etdirir. Siyasi qüvvələr bizdə də adekvat davranmağı bacarmalıdır. Təklifi savaşdan əvvəl verərlər. Başqa bir fikir varsa, onu savaşdan sonraya saxlamalıyıq. Hərbi vəziyyətin hökm sürdüyü şəraitdə biz yalnız rəsmi informasiyaları paylaşmalıyıq. Hər hansı özfəaliyyət ölkədə baş verən proseslərə ziyan verə bilər. Mən özüm də müharibə tərəfdarıyam. Biz işğal olunmuz ərazilərimizdə böyük hərbi əməliyyatlara başlamalıyıq. Artlq bizə beynəlxalq dəstək də açıq ifadə olunur. Türkiyə dövlətinin son bəyanatını buna misal göstərə bilərəm”.
Doğrudan da, belə həssas məqamda əhalimizin ayıq-sayıq olması, heç bir təxribata uymamsına, yalnız rəsmi məlumatlara etibar etmələrinə böyük ehtiyac var.

Məhəmmədəli QƏRİBLİ
Bu xəbər oxucular tərəfindən 507 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |