31.10.2012 [12:41] - DAVAMın yazıları
Azərbaycan və erməni diaspora üzvləri birgə komitə yaradacaqlar
Neçə illərdir rəsmi Moskva «xalq diplomatiyası» oyununu ortaya atıb və Dağlıq Qarabağ probleminin çözülməsində bu variantın da gərəkli olduğu görüntüsünü yaratmaq istəyir. Məqsədsə birdir-Dağlıq Qarabağdakı erməni separatçıların danışıqlar masasında oturmasına və prosesdə iştirak etməsinə nail olmaq, onların maraqlarına uyğun həll variantını Azərbaycana qəbul etdirməkdir. Buna nail olmayan rus məkrinin növbəti planı işə düşüb. Yəni bu həftə Rusiyadakı Azərbaycan və erməni diaspora üzvləri birgə komitə yaratmaq qərarına gəliblər. Erməni mətbuatı yazır ki, bu komitə mütəmadi olaraq fəaliyyət göstərəcək və hər iki icmanın nümayəndələri Rusiyada yaranan münaqişələri operativ surətdə həll edəcəklər.
Rusiya Erməni İttifaqının, Ümumdünya Erməni Konqresinin prezidenti Ara Abramyan bildirib ki, «bizim hamımız Rusiya vətəndaşıyıq və burada nəyisə bölmək, ya da münaqişə yaratmaq lazım deyil. Əksinə, biz tirixi vətənlərimiz-Azərbaycan və Ermənistana nümunə olmalıyıq».
«Azərros» Federal Milli Mədəni Muxtariyyatın rəhbəri Söyün Sadıqov erməni həmkarıyla dost münasibəti olduğunu deyib:»Bu münasibət sayəsində də hər iki icmanın gəncləri arasında münaqişələr baş verən zaman onları həll etməyə imkan verib. Bizim məqsədimiz və vəzifəmiz odur ki, son bir neçə il ərzində baş verən münaqişələr olmasın».
SSRİ-nin xalq artisti Armen Ciqarxanyanın çıxışı isə xüsusi alqışlarla qarşılanıb. O, çıxışı zamanı xalqlararası dialoq məsələsinin müzakirə olunmasından çox təəccübləndiyini deyib:»İrəvan-rus dram teatrı ilə Bakıda çıxış edəndə insanların gözlərindəki yaşı xatırlayıram. Hələ Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanı Ermənistanda necə qarşılayırdılar. Bir-birimizi sevirdik. Deməli bizim buna ehtiyacımız var. Aramızda olan yeganə konflikt «Heftçi» və «Ararat» oynayan zaman olub. Elə indi də qarşıdurma gərək ancaq futbol sahəsində olsun».
Azərbaycanı təmsil edən Söyün Sadıqov kimilər hələ də elə bilirlər ki, bu görüşlər, Armen Ciqarxanyanın peşəsindən irəli gələn sayaq danışıqlar Dağlıq Qarabağ probleminin həllinə təkan verə bilər. Özünün dediyi kimi olsa-olsa Rusiyada yaşayan hər iki ölkənin gəncləri arasındakı konfliktlərin qarşısın ala bilər ki, bu da hələ şübhə altındadır. Çünki dəfələrlə baş verən insidentlər Söyün Sadıqovun haqlı olmadığının sübutudur.
Söyün Sadıqovun ermənilərlə dost olduğuna heç bir şübhəm yoxdur. Çünki dost dostla birgə masa arxasında əyləşirsə, dostu yalan söyləyirsə bu yalanın üstündən sükutla keçir və cürəti çatırsa, sonradan onu yalanlarına görə tənbeh edə bilər. Çoxumuzda isə bu cəsarət yoxdur. Elə Söyün Sadıqovda da. Deməli Söyün Sadıqovun nə məclisdə, nə də məclisdən kənarda cəsarəti çatmayıb ki, desin:»Ay Armen Ciqarxanyan, sən gözlərinin içinə qədər yalan deyirsən. Bizim konfliktimizi futbol səviyyəsinə endirmək lazım deyil. Biz işğal etdiyiniz Azərbaycan torpaqlarını boşaldandan sonra sizinlə dostluq münasibətlərini davam etdirə bilərik».
Xatırlayırsınızsa, 2007-ci ilin iyul ayında «xalq diplomatiyası» adı altında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla, Teatr İttifaqının prezidenti Azərpaşa Hemətov və biznesmen İlham Fətəliyevdən ibarət nümayəndə heyəti Dağlıq Qarabağdakı separatçı rejimin keçmiş rəhbəri Arkadi Qukasyan, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanla görüşə yollanmışdılar. Həmin görüşdə erməni tərəfdən də ziyalılar iştirak edirdi. Azərbaycan nümayəndə heyəti öz missiyalarını yerinə yetirdikdən sonra erməniləri özləri ilə götürüb Bakıya qayıtmışdılar. Bu səfəri haqlı olaraq tənqid edən Azərbaycan ictimaiyyəti rəsmi şəxs olan Polad Bülbüloğlunun və onunla gedənlərin separatçılarla birgə masa arxasında, özüdə ermənilərin bayrağı altında görüşüb danışıqlar aparmasını qarşı tərəfin tanınması anlamını verəcəyini bildirdilər. Və qeyd etdilər ki, əslində bu missiyanı rəsmi şəxs olaraq Polad Bülbüloğlu və digərləri deyil, Dağlıq Qarabağın azərbaycanlı icmasının o vaxtkı mərhum rəhbəri Hizami Bəhmənov həyata keçirməliydi. Məhz onun başçılığı altında nümayəndə heyəti Dağlıq Qarabağa gedib, onunla bir statusda olan Arkadi Qukasyanla görüşməliydi.
Həmin vaxt ziyalılarımızın Arkadi Qukasyan və Robert Köçəryanla görüş səhnələri, bu zaman çəkilən fotolar yəqin ki, yaddaşlardan heç vaxt silinməyəcək. Ziyalılar əlləri azərbaycanlıların qanına batmış, Xocalı soyqırımının birbaşa iştirakçılarından olanlarla necə əl verib görüşmələri, onların qarşısında az qala ikiqat əyilmələri azmış kimi, Azərbaycana döndükləri zaman elədikləri əməllərə haqq qazandırmaqla yanaşı, medianı tənqid etməyə başladılar. Çünki əksəriyyət mətbuat işçiləri onların bu səfərlərini oyun adlandıraraq, bu oyunda iştirak etdikləri üçün tənqidə məruz qoymuşdular. Sonradan «böyük tarixi bir işin» təməlini qoyduqları ilə öyünən Fərhad Bədəlbəyli və onunla birgə olanlar çox keçmədi bu təməlin çürüklüyünün şahidinə çevrildilər. Yəni gördülər ki, Azərbaycan münaqişənin həll olunmasında nə qədər sülhün tərəfdarı kimi səy göstəsədə, Ermənistan bir o qədər məkirli planlarından əl çəkmir.
Bizlər qardaş Türkəyədə hakimiyyətdə olan AKP iqtidarını Dağlıq Qarabağ problemi həll olunmamış Ermənistanla sərhədləri açması fikrinə düşdüyü üçün qınaq hədəfinə çevirdik. Və bildirdik ki, bu siyasət qardaş xalqları bir-birindən incik salacaq. Sonda Azərbaycan və Türkiyə ictimaiyyətinin haqlı narazılığını görən AKP hakimiyyəti bu istəyindən vaz keçdi və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələrək qəti şəkildə bildirdi ki, Dağlıq Qarabağdan Ermənistan silahlı qüvvələri çıxmayınca rəsmi Ankara sərhədləri açmayacaq.
Bu gün özümüz yanlış siyasət yeridirik. 2007-ci ildə təməli qoyulan «xalq diplomatiyası»nın heç bir nəticə vermədiyini, əksinə bu işin Ermənistanın maraqlarına uyğun olduğunu bilə-bilə növbəti dəfə səhvlərimizi təkrarlayırıq.
Arzu Şirinova

Bu xəbər oxucular tərəfindən 1280 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |