31.10.2012 [12:51] - Hərb
Ermənistanın elə obyekti hədəfimizdədir ki, bir neçə dəqiqə ərzində onu vura bilərik
«Azərbaycan Silahlı Qüvvələri strateji obyektlərini qorumağa qadirdir. Elə radar sistemimiz var ki, düşmənin atdığı raketi yerindəcə təsbit edir. Onu anında zərərsizləşdirə bilirik. Ermənistanın elə obyekti hədəfimizdədir ki, bir neçə dəqiqə ərzində onu vurarıq. Bu da Ermənistanın bir dövlət kimi özünün taleyini sual altına qoyur». Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu cəbhə bölgəsində — Tərtərdə keçirdiyi mətbuat konfransında deyib.
Eldar Sabiroğlu Azərbaycanın 21 ölkədə hərbi attaşesinin və nümayəndəsinin olduğunu, 53 ölkə ilə hərbi əməkdaşlıq etdiyini, silahlı qüvvələrin bütün ştat strukturunun NATO standartlarına uyğunlaşdırıldığını deyib: «Hərbi ali məktəb o dərəcədə inkişaf edib ki, hazırda burada Qazaxıstan, Qırğızıstan və Tacikistandan təhsil alanlar var. Daha bir neçə ölkə də təhsil üçün müraciət edib. NATO-nun mənzil qərargahlarında silahlı qüvvələrimizin zabitləri NATO zabitləri kimi xidmət edirlər. NATO qərargahlarında xidmət edən zabitlərimizin sayı artır».

Bu xəbər oxucular tərəfindən 1251 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |