Şrift:
Hindistanda COVID-19-a yoluxmada yeni rekord qeydə alınıb
16.07.2020 [10:06] - Gündəm, Sağlıq
Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına rekord sayda - 32 min 682 yoluxma qeydə alınıb. Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 970 min 169 nəfərə çatıb

Pandemiyanın statistikasını aparan “Worldometers” saytı xəbər verir ki, ötən sutka ölkədə COVID-19 səbəbindən 614 ölüm baş verib. İndiyədək Hindistanda 24 min 929 nəfər bu virusdan ölüb. Virusa yoluxanların 60 faizinin sağaldığı bildirilir.

Hindistanın Tibb İşçiləri Assosiasiyasının açıqlamasında bildirilir ki, indiyədək ölkədə 1302 həkim yeni növ koronavirusa yoluxub. Onlardan 99 nəfəri vəfat edib. Assosiasiya bununla əlaqədar “qırmızı həyəcan” elan edib.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə, ABŞ və Braziliya sonra 3-cü sıradadır. Ən pis vəziyyət Maharştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir.
Bu xəbər oxucular tərəfindən 470 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed