Şrift:
Güney Azərbaycan mübarizə yolu və Azərbaycan türkcəsi
16.07.2020 [10:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan mübarizə yolu və Azərbaycan türkcəsi



Uzun illərdir ki, fars millətçiləri Güney Azərbaycan Türk xalqının tarixi yaddaşını öz assimilyasiya siyasətlərinə uyğun formalaşdırmağa çalışırlar. Pəhləvilərin və İran İslam Cumhuriyyəti dövründə Güney Azərbaycan türkləri İran, Fars və Şiə mərkəzli tarixi siyasi münasibətə məruz qalmışdır. Fars millətçiləri İranda yaşayan Azərbaycan türklərini farslaşdırmaq üçün müxtəlif səylər göstərdilər. Onların uzun illərdir yürütdüyü farslaşma layihələri olan “Azəri dili” və “Azəri” nəzəriyyələri bu işlərin zehni quruluşunu təşkil edir. Azərbaycan türklərinin farslaşması layihəsi bu gün çox uğurla həyata keçir və məktəblər sadəcə fars dilində olduğuna görə yerinə yetirilir. Belə ki, İran Mədəniyyət və Təhsil Nazirliyi Türklərin yaşadığı bölgəyə fars dilinin Azərbaycanlılar üzərində təsirini gücləndirmək üçün o bölgəyə pulsuz kitablar, jurnallar və qəzetlər göndərir. Latın əlifbasına keçmək təkliflərinin qarşısını mütləq şəkildə alaraq Quzey Azərbaycanla fərqi qoruyur. Azərbaycan məktəblərində ibtidai təhsil yalnız qarşılıqlı söhbət yolu ilə aparılır. Danışmaq vərdişi yarandıqdan sonra şagirdlər daha tez fars dilini öyrənəcək və beləliklə uşaqların fars dilinə yadlaşmasının qarşısı alınacaq.

Bütün bu addımlarla fars millətçiliyi siyasətinin zəruriliyi fikri qanuniləşdirilir . Bu siyasət təhsil sistemindən, itilaate ümümi vasitələri , mədəniyyət sahələri (teatr, musiqi), inzibati sistemlərdən Azərbaycan (Türk) dilinin işləm sahəsini məhdudlaşdıraraq yalnız danışıq səviyyəsinə endirir.

Xalqımızın və dilimizin assimiliyasa və farslaşma siyasətinə qarşı ən etibarlı və düzgün addım Güney Azərbaycan türkləri arasında Milli şüuru formalaşdırmaqdır. Bunun üçün Azərbaycan xalqının tarixi, tarixi şəxsiyyətləri, mütəfəkkirləri öyrənilməli və təbliğ olunmalıdır. Çünkü bu amillər xalqın mənəvi aləminə daxil olur onda ruh yüksəkliyi yaradır. Bundan başqa Şifahi xalq ədəbiyyatı nümunələrinin (nağıllar, əfsanələr, bulmacalar, atalar sözləri və s.) nəşri və təbliği son dərəcə vacibdir. Ana dilinə marağın artması üçün əsas addımlardan biri də İranda bir sıra ədəbi və mədəni dərnəklərin yaranmasına nail olmaqdır.

Milli şüurun əsas ünsürü danışılan dilin milli varlığıdır. Dil insanın dünyanı dərk etməsində, varlığının formalaşmasındakı əsas amildir. İnsan danışdığı dil ilə özünü ifadə edir. Milli şüurun formalaşmasında ən vacib məsələ türk dillərinin qrammatikasına uyğun danışmaq və yazmaq probleminin aşılmasıdır. Bu da yalnız evdə ya məktəbdə tədrislə baş tutar. Hər bir Azərbaycan türkü dilimizin sistemli öyrənilməsinə həftədə üç dəfə bir saat vaxt ayırarsa Azərbaycan türkcəsində daha düzgün danışar və bu da onları Quzeyli Azərbaycanlılara yaxınlaşdıraraq Azərbaycançılıq ideasının möhkəmlənməsində böyük rol oynayar. Azərbaycan Türkcəsi bizim içtimayi dilimiz olub, bunu yazıb və oxumaq bizim birinci haqqımızdır, çünkü Azərbaycan Cöğrafiyasında Azərbaycan dili danışmaq və oxumaq hər bir Azərbaycanlının haqqıdır, təəssüf ki yazmaq və oxumaqda çoxlu çətinliklər çəkirik, bir insanın əvvəliyə haqqı ana dili və kimliyi sayılır.

Güney Azərbaycan milli məsələləsinin əsaslarından biri, dilimizin varlığını hər məsələdən üstün olduğunu görürəm və bizi birbirimizə yaxın tutan dilimiz və kimliyimizdir. Ana dilimiz milli oyanış və istiqlal hərakətının fikrini təşkil edir və bu şüarı millətimizin içində yaymağa yol göstərir. Azərbaycan dili güney Azərbaycan müstəqilliyinə gedən yolun ışığıdır, Azərbaycaçılıq və mübarizəyə addım bu yolda olmalıdır.





Duman obali
Bu xəbər oxucular tərəfindən 470 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed