16.07.2020 [10:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Həzrətpur İran Dövlət Televiziyasının sədri Əbdüləli Əsgəriyə məktub ünvanlayaraq iyulun 13-də dövlət televiziyasının xəbərlər proqramında Qarabağın “ermənilərin kompakt yaşadığı” ərazi kimi təqdim edilməsini təəssüfverici hadisə olaraq dəyərləndirib.
Həzrətpur xəbər verilişindəki yanaşmanın “tarixi, siyasi və sosial reallıqdan uzaq olduğunu” bildirib.
“Qarabağ müsəlman bölgəsidir, şiələrin yaşadığı məntəqə olub və olacaq inşallah,” deyə o əlavə edib.
Millət vəkili İran dövlət televiziyasından “Qarabağın məzlum şiə əhalisi ilə əlaqədar daha çox fəallıq göstərməsinin gözlənildiyini” vurğulayıb.
Həzrətpur daha öncə öz "Twitter" səhifəsində yazdığı statusda Ermənistanın Tovuz rayonunda həyata keçirdiyi son təxribatçı hücumlara münasibət bildirmişdi.
Ermənistanı bəzi ölkələrin əlaltısı adlandıran millət vəkili qeyd etmişdi ki, regionda sülh və sabitliyi pozan rəsmi İrəvandır.
O, həmçinin Ermənistan rejimini yağı və işğalçı adlandıraraq, Qarabağ torpağının Ermənistanın işğalında qalmayacağını deyib.
Qeyd etmək lazımdır ki, İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının da üzvü olan Həzrətpurun verdiyi reaksiyada Ermənistanı işğalçı adlandırması xüsusi diqqət çəkib. Çünki İran hökumətinin rəsmiləri Dağlıq Qarabağ barəsində danışan zaman işğal sözünü istifadə etmirlər.

Bu xəbər oxucular tərəfindən 399 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |