17.07.2020 [09:47] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran hökumətinin təhlükəsizlik qüvvələrinin ciddi təzyiqlərinə baxmayaraq güney azərbaycanlılar Azərbaycan Respublikası və ordusuna dəstək aksiyası keçirib.
Təbrizdə dəstək aksiyası Azərbaycan Respublikasının konsulluğu qarşısında keçirilib.
Aksiyaçılar “Qarabağ bizimdir, bizim qalacaq” şüarı səsləndirərək öz soydaşlarına dəstək nümayiş etdirib.
Qeyd edək ki, Ermənistanın Tovuz rayonunda həyata keçirdiyi son təxribatçı hücumlardan sonra Güney Azərbaycanın milli fəalları müxtəlif şəhərlərdə Azərbaycana dəstək aksiyasının keçirilməsi üçün çağırış ediblər.
Güney Azərbaycanda Azərbaycan Respublikasına dəstək aksiyasından vahiməyə düşən İran təhlükəsizlik təşkilatları aksiyanın dayandırmağa çalışır.
Milli fəallar tərəfindən yayılan bəyanatda iyulun 16-da Təbriz və Tehran başda olmaqla Güney Azərbaycan şəhərlərində Azərbaycana dəstək mitinqlərinin keçiriləcəyi bildirilmişdi.

Bu xəbər oxucular tərəfindən 338 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |