17.07.2020 [09:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O, bununla bağlı "Twitter" hesabında yazdığı statusda birbaşa olaraq İsrailin adını çəkməsə də, sadaladığı hallara görə bu ölkəni nəzərdə tutduğu aydın olub.
Qarşı tərəf uzun müddətdir ki, naməlum PUA-larla hücumlar həyata keçirir, amma bizim ağır intiqamımıza məruz qalmamaq üçün rəsmi olaraq hücumlara görə məsuliyyəti qəbul etmir. Biz münasib vaxtda intiqamımızı alıb, məsuliyyətini də üzərimizə götürəcəyik", - deyə deputat iddia edib.
Onun bu sözləri "Twitter"də iranlı istifadəçilər tərəfindən məxsərəyə qoyulub. Şərh yazanlardan biri İranın Qasım Süleymani ilə bağlı da "ağır intiqam" alacağını deyib, əvəzində Ukraynaya məxsus sərnişin təyyarəsini vurmaqla, 176 günahsız insanı qətlə yetirməsini xatırladıb və kinayə bildirib ki, "xahiş edirik, siz intiqam almaq xülyasına düşməyin".
Xatırladaq ki, iyulun 2-də İranın Nətənz nüvə təsisatında yanğın baş verib. Bundan sonra Yəzddə yerləşən uranın zənginləşdirilməsi mərkəzində də oxşar hadisənin baş verməsi ilə bağlı xəbərlər yayılmış, lakin İran tərəfindən təkzib edilmişdi.
Digər tərəfdən, İsrail təxminən iki ildir Suriyada "Sepah"a məxsus hərbi mərkəz və mövqeləri bombalayır. Hücumlar nəticəsində çoxlu sayda iranlı hərbçi və onlara bağlı yaraqlılar ölsə də, rəsmi Tehran buna yalnız hədə-qorxu gəlməklə cavab verə bilib. Keçən ilin yayından etibarən isə İsrail İraqla Suriyanın şimalında yerləşən İran və ona tabe olan yaraqlılara məxsus bazaları bombalayır.

Bu xəbər oxucular tərəfindən 422 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |