Şrift:
İranın Behbəhan şəhərində rejimə qarşı kütləvi etirazlar keçirilib. Onlarla etirazçı həbs edilib
17.07.2020 [14:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, ölkədə işsizlik və yoxsulluğun baş alıb getməsinə, inflyasiya səviyyəsinin qalxmasına, qiymətlərin artmasına, yoxsulluğun baş alıb getməsinə, iqtisadi durumun gündən-günə pisləşməsinə və rəsmilərin səriştəsizliyinə qarşı şüarlar səsləndirən etirazçılar hökumət qüvvələrinin zorakılığına məruz qalıb.


Bildirilir ki, şəhərin əsas meydanlarından birinə toplaşaraq bulvara doğru yürüşə başlayan dinc etirazçılar, “Molla rejimi istəmirik”, “Top, tank, fişfişə, cəhənnəm olsun axundlar”, “Biz ölərik, lakin zillətə dözmərik” və digər bu kimi şüarlar səsləndirən etirazçılar polis və mülki geyimli təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb.


Hökumət qüvvələri etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib, odlu silahlardan havaya atəş açıblar. Nəticədə polislə etirazçılar arasında baş verən qarşıdurmada onlarla aksiyaçı tutularaq naməlum istiqamətə aparılıb. Həbs edilənlər arasında, 2019-cu ilin noyabr ayında ölkədə benzinin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlarda hökumət qüvvələrinin odlu silahlardan açdığı atəş nəticəsində qətlə yetirilən dinc aksiyaçı Fərzad Ənsarifərin bacısı Fərzanə Ənsarifər də var.


Qeyd olunur ki, kütləvi etiralar keçirildiyi zaman, Behbəhanda və Xuzistan əyalətinin bir neçə bölgəsində internet kəsilib, mobil telefonların işində problemlər yaranıb. Hazırda Behbəhanda vəziyyətin gərgin olduğu, şəhərin polis nəzarətinə götürüldüyü bildirilir.
Bu xəbər oxucular tərəfindən 463 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed