17.07.2020 [14:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İyulun 16-da keçirilən aksiya zamanı Ermənistan səfirliyinin qarşısında olan Fatih Sabuncu öz İnstagram səhifəsində belə yazıb:
“İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) aksiyaya icazə vermədi. Çox sərt şəkildə gələnləri dağıtdı. Biz də media nümayəndəsi olaraq, bundan öz payımızı aldıq. Bir qarşıdurma çıxacaqdı, ancaq son anda qarşısı alındı. Bizə qarşı yol verdikləri təhqirləri heç vaxt unutmayacağam, çox çirkin idi. Həmin təhlükəsizlik qüvvələri aprelin 24-də Türkiyə səfirliyi qarşısında toplaşan, Türkiyəyə ölüm şüarları səsləndirən ermənilərə heç bir maneçilik yaratmır”.
Qeyd edək ki, İran hökumətinin təhlükəsizlik qüvvələrinin ciddi təzyiqlərinə baxmayaraq iyulun 16-da güney azərbaycanlılar Azərbaycan Respublikası və ordusuna dəstək aksiyası keçirib.
Təbrizdə dəstək aksiyası Azərbaycan Respublikasının konsulluğu qarşısında, Tehranda isə işğalçı rejimin səfirliyi önündə həyata keçirilib.
Aksiyaçılar güney azərbaycanlıları “Qarabağ bizimdir, bizim qalacaq” şüarı səsləndirərək öz soydaşlarına dəstək nümayiş etdiriblər.
Əldə edilən son məlumatlara əsasən, Azərbaycanın müxtəlif şəhərlərində keçirilən aksiyalarda 10-dan çox milli fəal saxlanılıb. Azərbaycanlı fəalların hazırda harada saxlandığı bəlli deyil.

Bu xəbər oxucular tərəfindən 465 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |