Şrift:
İranda daha 183 nəfər koronavirusdan ölüb, 2379 nəfər “Covid-19” infeksiyasına yoluxub
17.07.2020 [14:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İyulun 17-də mediaya nümayəndələri ilə görüşündə bu barədə məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da ölkədə bu günə qədər koronavirus pandemiyasından ölənlərin ümumi sayı 13 min 791 nəfərə, infeksiyaya yoluxanların ümumi sayı isə 269 min 440 nəfərə yüksəlib.


Sadat Larinin bildirdiyinə görə, indiyə qədər 232 min 873 nəfər xəsəlikdən tam sağalaraq evə buraxılıb. Sözçü sonda qeyd edib ki, “Covid-19” infeksiyasına yoluxan və hazırda intensiv terapiya şöbələrində müalicələrini davam etdirən 3509 nəfərin vəziyyəti ağırdır.


İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 13 791 nəfərə, yoluxanların sayının isə 269 440 nəfərə çatdığı iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 73 000 nəfəri keçdiyini, 3 milyondan çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 443 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed