Şrift:
MHP-li millət vəkili: “Metsamor” AES Türkiyənin baş ucunda dayanan saatlı bombadır”
01.11.2012 [10:35] - Türk dünyası-Turan
Türkiyənin Milliyyətçi Hərəkət Partiyasının (MHP) millət vəkili Sinan Oğan Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyası ilə bağlı Türkiyə hökumətinə öz etirazını bildirib.

Davam.Az xəbər verir ki, millət vəkili türk mətbuatına verdiyi müsahibəsində həmin stansiyanı “Türkiyənin baş ucunda dayanan saatlı bomba” adlandırıb.
“Bu stansiya Türkiyəni də şantaj edir. Türkiyənin İğdır vilayətində bütün ölümlərin səbəbi xərçəng xəstəliyidir. Bu xəstəliyi də həmin nüvə stansiyası yaradır”, – deyə S. Oğan qeyd edib.

Millət vəkilinin sözlərinə görə, bu stansiyanın 7 il öncə bağlanması üçün işlər görülsə də, hazırda fəaliyyəti 10 il uzadılıb: “Türkiyə hökuməti niyə bu məsələ də öz fikrini bildirmir? Gərək stansiya partlasın?”.

MHP-li millət vəkili Dağlıq Qarabağla məsələyə də toxunaraq bildirib ki, Ermənistan bütün nüvə tullantılarını işğal etdiyi Dağlıq Qarabağ ərazisində, harada gəlsə basdırır.
Bu xəbər oxucular tərəfindən 1270 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed