Şrift:
Özbəkistanda koronavirusla əlaqədar iyulun 18-19-da nəqliyyatın hərəkəti tam dayandırılıb
18.07.2020 [11:09] - Gündəm, Türk dünyası-Turan
Özbəkistanda koronavirusla mübarizə tədbirləri çərçivəsində xüsusi icazəsi olan nəqliyyat vasitələrindən başqa ölkədə iyulun 18-19-da taksilər də daxil olmaqla nəqliyyatın hərəkəti tam dayandırılıb.

Özbəkistanın Koronavirusla Mübarizə üzrə Xüsusi Respublika Komissiyası xəbər verir ki, bu qərar ölkədə virusa yoluxma halı və ölənlərin sayının artması ilə əlaqədar qəbul edilib.

Xatırladırıq ki, iyulun 10-dan avqustun 1-dək karantin rejimi yenidən gücləndirilib, toy və digər ailə şənliklərinin keçirilməsi qadağan olunub, yaşı 65-dən yuxarı olanlar özünütəcrid rejiminə keçirilib.

İyulun 13-dən avqustun 1-dək ölkədaxili hava və dəmir yolu nəqliyyatının hərəkəti də yenidən dayandırılıb. Ölkədə bərbərxanalar və gözəllik salonları da həmin tarixədək işləməyəcək.

Son sutkada Özbəkistanda koronavirusa yoluxanların sayı 547 nəfər artaraq 15 min 896-ya çatıb. Son gündə 4 pasiyent həyatını itirib, bu virusdan ölənlərin ümumi sayı 80-dir.
Bu xəbər oxucular tərəfindən 837 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed