Şrift:
İnterpolun xətti ilə axtarışda olan təhlükəli terrorçu Türkiyədə həbs edilib
18.07.2020 [11:12] - Gündəm, Hüquq
İnterpol tərəfindən axtarışda olan təhlükəli terrorçu Türkiyənin Kilis bölgəsində həbs edilib.

Adı hələlik açıqlanmayan və İŞİD terror təşkilatının üzvü olan həmin şəxs Türkiyənin təhlükəsizlik orqanları tərəfindən keçirilən antiterror əməliyyatı nəticəsində saxlanılıb. Kilisin Akıncı kəndi yaxınlığında Suriya ilə dövlət sərhədini qanunsuz keçərkən həbs olunan terrorçunun Fransa vətəndaşı olduğu bildirilir.

Faktla bağlı cinayət işi açılıb.
Bu xəbər oxucular tərəfindən 654 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed