Şrift:
Amerikalı rəsmi: "İranda ədalət anlayışı zalım lətifədir"
18.07.2020 [13:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərarı kəskin tənqid edən rəsmi İran İslam Respublikasının Məhkəmə Sistemində ədalət anlayışını "zalım lətifə" adlandırıb.


"Birləşmiş Ştatlar və Avropa İttifaqının sanksiya tətbiq etdiyi hakim (Salavati-red.) işgəncə nəticəsində alınmış etiraflara əsasən ölümə məhkum edir", - deyə Robert Destro "Twitter"də yazıb.


O, həmçinin qeyd edib ki, İran məhkəmələri "Sepah" terror təşkilatının göstərişlərinə baş əyərək, müxtəlif insanları edam edir.


Qeyd edək ki, İranda 2019-cu ilin noyabr etirazlarında tutulmuş 3 nəfər Əmirhüseyn Muradi, Səid Təmcidi və Məhəmməd Rəcəbinin edam hökmü təsdiqlənib. Bu qərar istər ölkə daxilində, istər xaricdə böyük narazılıqla qarşılanır. Artıq bir neçə dünya ölkəsi lideri İrandan hökmləri ləğv etməyi tələb edib.
Bu xəbər oxucular tərəfindən 552 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed