01.11.2012 [10:51] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanının Vərziqan mahalında iki yaşlı uşaq soyuqdan dünyasını dəyişib. Güney Azərbaycandan daxil olan Xəbərə əsasən , zəlzələ nəticəsində dağılmış 128 evin sakinləri hələ də düşərgələrdə yaşayır.
İran hökumətinin iki ay ərzində evsizlərin yaşayış yerləri ilə təmin ediilməsi vədlərinə baxmayaraq, indiyədək Zəğənabad kəndində yalnız bircə ev inşa edilib. Digər sakinlər isə Qaradağ mahalında çadırlarda sığınacaq tapıb. Dağlıq ərazidə yerləşən Qaradağ qarlı və soyuq bölgədir. İlin 6 ayı bu əraziyə aparan yollar qar səbəbi ilə bağlı olur.
İran prezidenti Mahmud Əhmədinejad təmir edilmiş 2 min evin təhvili məqsədi ilə Vərziqana səfər edəcəyinə vəd verib. Lakin bu səfər hələ də baş tutmayıb.
Qeyd edək ki, zəlzələ 18 500 evin dağılması və ya zədələnməsinə səbəb olub.

Bu xəbər oxucular tərəfindən 1067 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |