Şrift:
Güney azərbaycanlı ata və oğul: “Azərbaycan torpaqlarının erməni işğalından azad olunması uğrunda canımızdan keçməyə hazırıq”
18.07.2020 [14:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Cəfər İsməilzadə iyulun 17-də oğlu ilə birlikdə çəkib yaydığı bir bideo-çarxda deyib ki, o və oğlu işğalçı Ermənistanın Azərbaycan Respublikası ərazilərinə qarşı təcavüzü qarşısında dayanmağa hazırdır: “Əziz həmvətənlər. Biz bu gün koronavirusun yayılması səbəbilə icbari olaraq Təbrizin mərkəzi zindanından 1 aylığa məzuniyyətə buraxılmışıq.


Mən buradan Azərbaycandakı yeni şəhidlərimizə Allahdan rəhmət diləyir, bildirirəm ki, biz düşmənimiz təcavüzkar ermənilərə və onlara dəstək verən qüvvələr qarşısında dayanmağa, Qarabağın və digər ərazilərimizin erməni işğalından azad olunması uğrunda canımıza və malımızdan keçməyə hazırıq” -deyə, Güney azərbaycanlı milli-mədəni fəal Cəfər İsməilzadə yaydığı videoada bəyan edib.


Xatırladaq ki, Cəfər İsməilzadə və oğlu Milad İsməilzadə 2019-cu il mayın 29-da Təbrizdə öz iş yerlərində “Sepah” və təhlükəsizlik əməkdaşları tərəfindən saxlansalar da, sonradan 50 milyon tümənlik mülki vəsiqə girovu qarşılığında müvəqqəti olaraq, sərbəst buraxılmışdılar.


Təbriz inqilab məhkəməsi hər iki fəalı yazılı vərəqələr yaymaqla sistemə qarşı təbliğat aparmaqda, bir sıra şəhər tablolarında rejimə qarşı yazı və şüarlar yazmaqda və həmin yazıları videoya çəkərək sosial şəbəkələrdə yaymaqda günahlandıraraq, onların hər birini 6 ay həbsə məhkum edib.
Hər iki fəal iyunun 6-da Təbriz məhkəməsinin hökmləri icra edən şöbəsinə çağırılaraq, barələrində çıxarılmış 6 ay həbs müddətini çəkmək üçün Təbrizin Mərkəzi zindanına aparılmışdılar.
Bu xəbər oxucular tərəfindən 614 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed