Şrift:
Güney azərbaycanlı milli fəal Əyyub Şirinin həbs cəzasının müddəti artırılıb
19.07.2020 [13:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Rejimə qarşı təbliğat aparmaq” və “qanunsuz Gamac təşkilatına üzv olmaq”da ittiham olunan Şirinin məhkəməsı iyulun 14-də Təbrizdə İnqilab Məhkəməsinin birinci şöbəsində keçirilmişdi. Məhkəməyə sədrlik edən hakim Avropa Birliyinin 2013-cü ildə İrana qarşı tətbiq etdiyi sanksiya siyahısında yer alan Rəhim Həmlbər olub.





Təbriz şəhəri sakini olan Əyyub Şiri daha öncə Təbriz Cəza Məhkəməsinin 2-ci şöbəsi tərəfindən “ictimai nəzm-intizamı pozmaq”da günahlandırılaraq 12 ay həbs və 74 şallaq zərbəsinə məhkum edilib.

Lakin milli fəal barəsində çıxarılan hökmün icrası bir illiyə təxirə salınıb. Bununla yanaşı koronavirus infeksiyasının yayılmasına görə, Əyyub Şiri Təbriz prokurorluğunun nəzarəti ilə yoxsul ailələrə və ağır xəstəliklərdən əziyyət çəkən şəxslərə 10 milyon tümən dəyərində dezinfeksiya və qoruyucu vasitələr almağa məhkum edilib.





Şiri 2019-cu ilin noyabr ayında benzinin qəfil bahalaşmasına qarşı keçirilən kütləvi etirazlarda onlarla digər fəalla birlikdə saxlanılmışdı.





O, bir müddət nəzarət altında qaldıqdan sonra mülki zəmanət qarşılığında sərbəst buraxılıb.





Əyyub Şiri 1985-ci ildə Təbrizdə doğulub, ali təhsilli və iki uşaq atasıdır.
Bu xəbər oxucular tərəfindən 507 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed