19.07.2020 [14:50] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ölkədə xarici valyutaların son dəyəri barədə məlumat yayan qeyri-rəsmi saytların yaydığı xəbərə əsasən, iyulun 19-da İranın azad valyuta bazarında dolların dəyəri ötən günə nisbətən daha 1000 tümən artaraq 26 min tümənə çatıb. 1 ABŞ dolları ötən gün 25 tümən qarşılığında mübadilə edilib.
Yayılan məlumata əsasən, bu gün həmçinin 1 “İmami” qızıl sikkəsinin qiyməti artaraq 11 milyon 400 min tümənə yüksəlib.
Dolların qiyməti 2018-ci ilin aprel ayında təxminən 4700 tümən olsa da, cari ilin aprel ayında 16 000 tümən qarşılığında mübadilə edilirdi.
Bununla da demək olar ki, İranın milli valyutası bu ilin mart ayının sonundan bu yana 6% dəyərini itirib.
İran Mərkəzi Bankının sədri Əbdülrza Hemməti isə bundan əvvəl verdiyi açıqlamalarında ölkədə dolların məzənnəsinin gündən-günə artmasını və milli valyuta “Rial”ın sürətlə dəyərdən düşməsini müvəqqəti xarakter daşıdığını bildirərək, bunu düşmənin ölkəyə qarşı apardığı “psixoloji əməliyyat”ı adlandırıb.

Bu xəbər oxucular tərəfindən 503 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |