Şrift:
Erməni-Fars qardaşlığı dərinləşir
01.11.2012 [11:08] - Güney Azərbaycan xəbərləri
“Ermənistanla iqtisadi əməkdaşlığın inkişafı bizim dostluq əlaqələrimizi daha da möhkəmləndirəcək və dərinləşdirəcək”.
Bunu İran Prezidenti Mahmud Əhmədinejad Ermənistan Prezidenti Serj Sarkisyanla telefon danışığı zamanı bildirib. Bu barədə IRNA-a xəbər yayıb.
İran prezident sonuncu keçirilən birgə iqtisadi komissiyanın iclasını müsbət və məhsuldar hesab edib. Onun sözlərinə görə, müvafiq iclas əvvəldən rəsmi Tehran və İrəvan arasında mövcud olan dostluq münasibətlərini bir daha təsdiqlədi və iki dövlət arasındakı əməkdaşlığın səviyyəsinin artmasında mühüm addım oldu.
“İran hesab edir ki, iki dövlət arasında nəinki iqtisadi əməkdaşlıq, o cümlədən bütün sahələrdə əməkdaşlığın tam həyata keçirilməsi iki xalqın dostluq əlaqələrin inkişafına zəruri addımdır” - Mahmud Əhmədinejad bəyan edib.
S.Sarkisyan birgə iqtisadi komissiyanın iclasını məhsuldar sayaraq deyib ki, bu, iki dövlət arasında çoxsahəli əməkdaşlığa əlavə stimul (əngizə) verir. İranla əlaqələrin inkişafı və Ermənistanda müxtəlif layihələrin həyata keçirilməsində İran şirkətlərinin iştirakı rəsmi Tehran və İrəvan arasında əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfədir.
Bu xəbər oxucular tərəfindən 1181 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed