Şrift:
İran “Sepah” raketləri ilə vurulmuş Ukrayna sərnişin təyyarəsinin qara qutularını Fransaya göndərib
20.07.2020 [10:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, İran xarici işlər nazirinin hüquqi məsələlər üzrə müavini Möhsün Baharvənd iyulun 18-də jurnalistlərə açıqlamasında məlumat yayıb.


O deyib ki, Ukrayna təyyarəsinin qara qutuları İran Aviasiya Təşkilatının məsulları və "bir hakim"in vasitəsilə iyulun 17-də Parisə aparılıb: “Qara qutuların deşifrə edilməsi əməliyyatına iyulun 20-də başlanacaq” -deyə, İran xarici işlər nazirinin hüquqi məsələlər üzrə müavini Möhsün Baharvənd əlavə edib.


Baharvənd, təyyarənin qara qutularının oxunması əməliyyatında iştirak etmək üçün Parisə göndərilən İran nümayəndə heyətinin tərkibi barədə hər hansı bir məlumat verməkdən imtina edib.


Xatırladaq ki, yanvarın 8-i sübh saat 06:00-da Tehrandan Kiyevə uçan Ukrayna Hava Yollarına məxsus "Boeing 737" sərnişin təyyarəsi göyə qalxdıqdan bir neçə dəqiqə sonra Pərənd şəhərciyi yaxınlığında “Sepah” terror təşkilatının atdığı 2 raketlə vurulub. Rəsmi Tehran, təyyarənin vurulduğunu üç gün gizlədib onun texniki nasazlıq üzündən süqut etdiyini bildirsə də, Peykdən çəkilmiş videoların yayılmasından sonra təyyarənin “Sepah” raketləri ilə vurulduğunu etiraf etmək məcburiyyətində qalıb.


Hadisə nəticəsində 11-i Ukrayna vətəndaşı olmaqla, ekipaj heyəti ilə birlikdə 176 nəfər həyatını itirib.


Təyyarənin guya "səhvən" vurulduğunu iddia edən rəsmi Tehran, Kanada, Ukrayna və Fransanın, eləcə də digər beynəlxalq qurumların dəfələrlə müraciətlərinə baxmayaraq, son günlərə qədər müxtəlif bəhanələrlə təyyarənin qara qutularını təhvil verməkdən boyun qaçırırdı.
Bu xəbər oxucular tərəfindən 362 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed