20.07.2020 [10:33] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Daha öncə Təbriz Cinayət Məhkəməsinin 112-ci şöbəsi Bərzgərə “ictimai asayişi pozmaq” ittihamından bəraət verib.
Ancaq Təbrizin İnqilab Məhkəməsinin birinci şöbəsi Bərzgəri öz İnstagram səhifəsində “separatçılıqla əlaqədar simvollar və şəkilləri yaymaq” və həbsdə olan milli fəalların şəkillərini paylaşmaqla onların azadlığa buraxılmasını tələb etdiyinə görə, İslam Cəza Qanununun 500-cü maddəsinə istinadən “Rejimə qarşı təbliğat aparmaq”da günahlandıraraq 12 ay azadlıqdan məhrum edib.
Milli fəal “qanunsuz Gamac təşkilatına üzv olmaq” ittihamından bəraət qazanıb.
Tələbə hərəkatının fəal iştirakçılarından olan Bərzgərin məhkəməsi iyunun 9-da keçirilmişdi. Məhkəməyə sədrlik edən hakim Avropa Birliyinin 2013-cü ildə İrana qarşı tətbiq etdiyi sanksiya siyahısında yer alan Rəhim Həmlbər olub.
Bərzgər 2019-cu ilin noyabr ayında benzinin qəfil bahalaşmasına qarşı keçirilən kütləvi etirazlarda onlarla digər fəalla birlikdə Təbrizdə saxlanılmışdı. Milli fəal təxminən 100 gün İranın təhlükəsizlik təşkilatına məxsus təcridxanada saxlandıqdan sonra fevralın 24-də 600 milyon tümən dəyərində mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.
Şahin Bərzgər bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli-hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və rejim tərəfindən müxtəlif təzyiqlərə məruz qalıb.

Bu xəbər oxucular tərəfindən 390 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |