20.07.2020 [10:52] - Gündəm, Hüquq
Talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən insanlar üçün qan ehtiyatının yaradılmasına dəstək məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan qanvermə aksiyası çərçivəsində növbəti təşəbbüs Daşkəsən rayonunda keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildiriblər ki, rayon mərkəzi xəstəxanasında keçirilən qanvermə aksiyasına yerli idarə və təşkilatlarla yanaşı, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları da böyük həvəslə qoşulublar. Aksiya iştirakçıları həkim nəzarətindən keçdikdən sonra qan veriblər.
Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Bu xəbər oxucular tərəfindən 619 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |