20.07.2020 [14:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Şərqi Azərbaycanın Səhiyyə Xidmətinin rəhbəri və Təbriz Tibb Universitetinin rektoru Məhəmməd Hüseyn Somi məlumat verib.
Somi koronavirusa yoluxma hallarının 5 faizinin 15 yaşdan kiçik uşaqlar arasında aşkarlandığını bildirib.
Tibb universitetinin rektoru əyalətdə koronavirusa yoluxanların və infeksiya qurbanlarının ümumi sayı haqda məlumat verməyib.
Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində də 676 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır.
Bu barədə, Qərbi Azərbaycanın Səhiyyə Xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rektoru Cavad Ağazadə məlumat verib. Ağazadənin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 347 nəfərinin COVID-19 testi pozitiv çıxıb. O bildirib ki, son 24 saatda infeksiyaya yoluxmuş daha 85 nəfər xəstəxanaya yerləşdirilib, 11 nəfər dünyasını dəyişib.
Tibbi Universitetinin rektoru Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 642 nəfərə çatdığını bildirib.
“İnfeksiyaya yoluxanlardan 165 nəfər reanimasiya şöbəsində müalicə alır. Onların 47 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdırlar,” deyə Ağazadə qeyd edib.
Zəncan əyalətində də son 24 saatda daha 30 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə bu günə kimi 7 min 477 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə aldığını bildirib.
Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 7 nəfər koronavirusdan dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 250 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 2 min 11 nəfərinin tam sağaldığını bildirib.
Qızılbaş həmçinin qeyd edib ki, hazırda 614 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.
Güney Azərbaycanın Ərdəbil əyalətində də son 24 saatda 330 yeni koronavirusa yoluxma faktı aşkar edilib. Hazırda əyalətdə 319 nəfər xəstəxanaların xüsusi bölmələrində müalicə alır. Onlardan 51 nəfərinin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib.
Ərdəbil əyalətinin səhiyyə xidmətinin rəhbəri və Ərdəbil Tibb Universitetinin rektoru Şəhram Həbibzadənin son 24 saatda əyalətdə daha 8 nəfərin koronavirusdan öldüyünü bildirib.
Həmədan əyalətində də Tibb Universitetinin rektor müavini Mənuçehr Kərəminin dünən verdiyi məlumata əsasən, koronavirusa yoluxanların ümumi sayı 2 min 598 nəfərə çatıb.
Kərəmi Güney Azərbaycanın bu əyalətində koronavirus qurbanlarının ümumi sayının 290 nəfərə çatdığını bildirib.

Bu xəbər oxucular tərəfindən 451 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |