01.11.2012 [11:28] - Gündəm, Hərb
23 yaşlı idmançı xanım Azərbaycan Respublikasının Silahlı Qüvvələrində könüllü xidmət etmək üçün müraciətlər etsə də, aidiyyəti qurumlar tərəfindən bu müraciətlərə müsbət cavab verilmir. Bu barədə gozetci.az portalına müraciət edən şəxs - Salyan rayon sakini Əfsanə Aslan qızı Axundova özü məlumat verib.
Onun dediyinə görə o Sirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin ingilis dili fakültəsini biririb və 2009-cu ildə Salyan şəhərindəki Uşaqların Texniki Yaradıcılıq Mərkəzində qrup rəhbəri kimi işə başlayıb. Hazırda orada işlədiyini deyən Ə. Axundova bildir ki, bir ildir ki, onlara maaşları verilmir. O, hazırda yaşayış vəziyyətinin ağır olduğunu söylədi.
Ə.Axundova qeyd etdi ki, Azərbaycan Silahlı Qüvvələrində çalışmaq üçün müdafiə naziri Səfər Əbiyevə, Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəciməddin Sadıqova və Salyanın deputatı, sabiq baş hərbi komissar Əlağa Hüseynova müraciət edib: "Azərbaycan Respublikasının vətəndaşı kimi öz konstitsion hüquqlarımdan istifadə edərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində çalışmaq, vətənimə və dövlətimə könüllü xidmət etmək istəyirəm. Bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon Şöbəsinə müraciət etdim. Oradan bildirdilər ki, Salyanda qızlar üçün çağırış yoxdur. Lakin mən bunun yalan olduğunu öyrəndim və yenidən ora müraciət etdim. Orada məndən ərizə formasını almırdılar. Səbəbini soruşanda mənə dedilər ki, narahat olmayım, qızlara çağırış gələn kimi mənə xəbər verəcəklər".
Ə.Axundova qeyd etdi ki, dəfələrlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon Şöbəsinə müraciət etsə də, onun ərizəsini qəbul etməyiblər.
Ə.Axundova bildirdi ki bundan sonra oktyabrın 10-da müdafiə naziri Səfər Əbiyevə, Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəciməddin Sadıqova və Salyanın deputatı Əlağa Hüseynova müraciət edib və oktyabrın 26-da rəsmi cavab alıb: "Müraciətimə Müdafiə Nazirliyinin Təhsil-Tədris və Elmi Tədqiqatlar İdarəsinin Hərbi Tədris Şöbəsinin rəisi Elnur Məmmədov cavab olaraq bildirib ki, müdafiə nazirinin ünvanına daxil olmuş ərizəm Təhsil-Tədris və Elmi Tədqiqatlar İdarəsində araşdırılıb. O mənə göndərdiyi məktubda bildirir ki, araşdırmanın nəticəsinə görə, qadın hərbi qulluqçusu qismində həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən Azərbaycan Respublikasının vətəndaşı ilk növbətə həqiqi hərbi xidmət keçmək istədikləri hərbi hissənin komandanlığına müraciət etməlidir. Müraciət hərbi hissə komandanlığı tərəfindən uyğun görüldüyü halda hərbi hissənin komandanlığının təqdimatı əsasında vətəndaş hərbi hissəsdə, əks-ərazi prinspi gözlənilmədən hərbi xidmətə qəbul olunur. Mən bunlara izah edə bilmirəm ki, mənə fərq etmir, məni Təhsil-Tədris və Elmi Tədqiqatlar İdarəsində 3 aylıq kursa göndərsinlər. Sonra orada püşkatma yolu ilə olacaq. Kadrlar şöbəsində, rabitədə və digər bu kimi işələrdə xidmət keçmək istəyirəm".
Ə.Axundova onu da qeyd etdi ki, idmanın taekvondo, karate və voleybol növləri ilə məşğul olub və hazırda da idmanla məşğul olur.

Bu xəbər oxucular tərəfindən 1263 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |