Şrift:
Qazaxıstanda koronavirus bir həftə ərzində 210 nəfərin həyatına son qoyub
20.07.2020 [15:29] - Gündəm, Sağlıq
Qazaxıstanda ötən gün 1499 koronavirus infeksiyasına (793 simptomatik daşıyıcı və 906 asimptomatik daşıyıcı) yoluxma halı qeydə alınıb. Yeni COVID-19 yoluxma hallarının əksəriyyəti Nur-Sultan (226), Almatı (221), Qaraqanda vilayətində (148) və Atırau bölgəsində (130) qeydə alınıb.

Qazaxıstanda bir həftə ərzində 210 nəfər koronavirusdan həyatını itirib. Bu barədə Səhiyyə Nazirliyinin Milli Sağlamlıq Mərkəzi məlumat yayıb.

Mərkəzdən verilən məlumata görə, bu günə qədər ölkədə koronavirus səbəbindən 585 nəfər ölüb.

Xatırladaq ki, iyulun 17-də Qazaxıstanın Səhiyyə naziri respublikada koronavirusdan ölənlərin sayının 464 nəfərə çatdığını bildirmişdi. Beləliklə, respublikada üç gün ərzində koronavirus daha 121 nəfərin ölümünə səbəb oldu.

Qeyd edək ki, ümumilikdə ölkədə 71 838 nəfər koronavirusa yoluxub, 43 401 nəfər sağalıb, 585 nəfər ölüb.
Bu xəbər oxucular tərəfindən 554 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed