21.07.2020 [09:22] - Xəbərlər, Hüquq
Asiyanın ən böyük terror təşkilatlarından biri, “Əl-Qaidə”nin İndoneziyada əsas qanadı hesab olunan “Camaa İslamiyə” qrupunun lideri 7 il müddətinə azadlıqdan məhrum edilib.
“The Straits Times” qəzeti xəbər verir ki, 56 yaşlı Para Vicayanto həmin terrorçu təşkilata 2009-cu ildən rəhbərlik edib. Onun 2012-2018-ci illərdə Suriya hökumətinə qarşı fəaliyyət üçün gələcək silahlıların hazırlanmasında və maliyələşdirilməsində əsas rol oynadığı bildirilir.
P.Vicayantonun 2019-cu ilin iyulunda, onun axtarışlarının başlamasından 16 il sonra həbs olunduğu qeyd edilir.
Bildirilir ki, müttəhimin şəxsən məhkəmə zalında iştirak etmədiyi dinləmələr videokonfrans formatında keçirilib.
Qəzetin bildirdiyinə görə, “Camaa İslamiyə” İndoneziya tarixində ən böyük terror aktlarının törədilməsində təqsirli bilinir. Belə ki, 2002-ci ildə bu qrupun üzvləri turistlər arasında populyarlığı ilə seçilən Kuta rayonunda, ABŞ səfirliyinin Bali adasında yerləşən binasında silsilə partlayışlar törədiblər. Nəticədə 202 nəfər həlak olub ki, bunlardan da 164-ü əcnəbi olub. Həmin vaxt daha 200 nəfərin yaralandığı da bildirilir.

Bu xəbər oxucular tərəfindən 546 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |