Şrift:
Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmü qınayıb
21.07.2020 [09:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ-ın Rutgers universitetinin professoru yaydığı bir videoda milli fəala qarşı çıxarılan hökmün bütün Abbas Lisani sevərləri, eləcə də Güney Azərbaycanda milli azadlıq uğrunda mübarizə aparanları narahat etdiyini bildirib.

“Bu qərarı şiddətlə qınayıram və Azərbaycanın fədakar oğullarından biri, Güney Azərbaycanın milli Azadlıq hərəkatının liderlərindən olan Abbas Lisaniyə azadlıq tələb edirəm,” deyə o bildirib.

Qeyd edək ki, İran Ali Məhkəməsi Ərdəbil Apelyasiya Məhkəməsinin Abbas Lisaniyə qarşı çıxardığı qərarı təsdiq edərək qüvvədə saxlayıb. Hazırda Ərdəbil zindanının 7-ci korpusunda saxlanılan Abbas Lisani 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. Birinci instansiya məhkəməsində 8 il azadlıqdan məhrum edilən fəalın həbs müddəti gözlənilməz şəkildə Ərdəbil Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 15 ilədək uzadılıb.

Xatırladaq ki, son günlərdə İranda yaşayan qeyri-fars millətlərin təmsilçiləri, siyasi fəallar və insan hüquqları təşkilatları Abbas Lisaniyə qarşı çıxarılan hökmə reaksiya göstərərək bu hökmün ləğv edilməsini istəyiblər.
Bu xəbər oxucular tərəfindən 366 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed