Şrift:
İranda işsizlərin sayı artır, ölkə müflisləşir
01.11.2012 [12:01] - Güney Azərbaycan xəbərləri, Sosial
Qərb dövlətləri tərəfindən İrana qarşı tədbiq olunan iqtisadi sanksiyalar ölkənin iqtisadi vəziyyətinə ciddi təsir etdiyindən milli valyuta olan rial dəyərini itirməkdə davam edir. Belə ki, təkcə bu ay ərzində rial 17% aşağı düşüb. Milli istehsalçılar xaricdən idxal olunan xammal və digər malları almaq üçün tükənən xarici valyuta ehtiyatlarından istifadə etməyə çalışır. Amma insanlar dollar ala bilmədiklərinə görə, qızıl yığımına üstünlük verirlər ki, bu ölkədə qızılın bahalaşmasına səbəb olub.

Ekspertlər İranda son vaxtlar ərzaqın qiyməti 15% artdığından, rialın ucuzlaşmasının ağır fəsadlar törədəcəyini deyirlər.

İqtisadi sankiyalar ölkədəki iş adamlarının müflisləşməsinə və işsizliyin artmasına da səbəb olub. Belə ki, müflisləşmə halları 3 dəfə artıb, kişilər arasında işsizlik 40%-ə çatıb.
Bu xəbər oxucular tərəfindən 1653 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed