21.07.2020 [14:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın “Fərzad” adlı qaz yatağı ilə bağlı hindlilərlə bağlanmış müqavilənin taleyinə toxunan Zəngənə deyib ki, Hindistan artıq sözü gedən yatağın genişləndirilməsi müqaviləsində iştirak etməyəcək və bu iş daxili şirkətlər həyata keçirəcək: “Təəssüflər olsun ki, hazırda heç bir ölkə bizimlə heç bir sahədə müqavilə bağlamaq istəmir və onlar mövcud müqavilələrin icrasını da davam etdirmək istəmirlər.
İranın “Şimali Azadəqan” yatağının genişləndirilməsi ilə bağlı Çinin “CNPC” şirkəti ilə imzaladığımız müqaviləyə və bununla əlaqədar bizim həmin şirkətdən şikayətimiz məsələsinə gəlincə, bu xüsusda çinlilərlə bir neçə iclasımız keçirilib və bəzi mövzularda razılıq da əldə edilib. Lakin buna baxmayaraq, bizim ümumiyyətlə Çinlə münasibətlərimiz yaxşıdır və əlaqələrimizdə hər hansı bir gərginlik yaşanmır” -deyə, İranın neft naziri Bijən Namdar Zəngənə əlavə edib.
Zəngənə həmçinin Rusiyanın “Zarubejneft” şirkətinin İrandakı fəaliyyətinə də toxunub. O bildirib ki, nə İran tərəfi, nə də ruslar bu xüsusda hər hansı bir açıqlama verilməsinə meyilli deyillər.
Qeyd edək ki, Rusiyanın “Zarubejneft” şirkəti dörd il əvvəl İranın “Aban və Paydar Qərb” yatağının genişləndirilməsi ilə bağlı müqaviləni imzalasa da, bu günə qədər bu xüsusda konkret hər hansı bir addım atmayıb.

Bu xəbər oxucular tərəfindən 401 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |