Şrift:
Dəhşətli qasırğa Amerikada 50 can aldı, 50-dən çox ev yandı - VİDEO
01.11.2012 [12:27] - Gündəm, Hadisə
Güclü “Sendi” qasırğasının iflic etdiyi Nyu-York şəhərinin Kvins rayonunda baş verən yanğında onlarla ev məhv olub.

Kvinsin Brizi Point bölgəsi güclü sel axınına məruz qalıb və yanğınsöndürənlər yanğını nəzarət almaqda çətinlik çəkib.

Hadisə nəticəsində 50-dən çox ev yanaraq kül olub. Yanğına nəyin səbəb olduğu məlum deyil.

Şərq sahillərini vuran güclü “Sendi” super qasırğası nəticəsində ölənlərin sayı 50-ə çatıb.

“Associated Press”-in verdiyi xəbərə görə, ölkədə 8 milyondan çox adam elektriksiz qalıb. Manhettenin aşağı hissələrində geniş ərazi qaranlıq içində qalıb. Ölkədə elektriklərin və metro xidmətinin düzəlməsi üçün bir neçə gün lazım ola bilər. Uçuş-enmə zolağını su basdığından Nyu-Yorkdakı iri hava limanlarının hamısı fəaliyyətini dayandırıb, minlərlə uçuş təxirə salınıb.

Qasırğa nəticəsində ölüm halları Kannektikut, Merilend, Nyu-York, Nyu-Cersi, Şimali Karolina, Pensilvaniya, Virciniya və Qərbi Virciniya ştatında qeydə alınıb.
Bu xəbər oxucular tərəfindən 1609 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed