22.07.2020 [10:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şənbə və bazar günləri Vahid Valyuta Müamiləsi Sisteminnin dövriyyəsinə təxminən 300 minyon dollar daxil edilməsindən sonra dünən məzənnə 22 950 tümənə düşmüşdü.
Bu gün İran Mərkəzi Bankı yaydığı bəyanatda Vahid Valyuta Müamiləsi Sisteminə əlavə 342 milyon dollar daxil etdiyini bildirib.
Sözügedən sistemə dəstək məqsədilə əlavə valyuta ehtiyatlarının təklif edilməsi ölkədə son günlər dolların qiymətinin yüksələn tendensiyasını aşağı salsa da, hələ də qiymət aprel ayına nisbətən 34% bahalaşmış hesab edilir.
Xatırladaq ki, keçən həftənin cümə günü İranda dolların məzənnəsi yeni rekork səviyyəyə- 26 min tümənə qədər yüksəlmişdi.
Yuxarıda qeyd edilən sistemə əlavə valyutanın daxil edilməsi ölkədə sikkənin qiymətində də nisbi azalmaya səbəb olub. Belə ki, hazırda İranda "Bahare- Azadi" adlı sikkə 9.6 milyon tümənə müamilə edilir.

Bu xəbər oxucular tərəfindən 314 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |