Şrift:
Azərbaycan Respublikasına dəstək məqsədilə keçirilən aksiyada tutlun milli fəaldan xəbər yoxdur
22.07.2020 [10:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehran sakini milli fəal iyulun 16-da təhlükəsizlik qüvvələri tərəfindən tutulandan sonra sadəcə bir dəfə ailəsi ilə əlaqə saxlaya bilib.





Milli fəalın qardaşı Ramın Cabbarlı öz Twitter səhifəsində belə yazıb: “Həmid artıq 4 gündür Tehranda Ermənistan səfirliyinin qarşısında bu ölkənin işğal siyasətinə etiraz etdiyi üçün İran məmurları tərəfindən saxlanılıb. Bu günlər ərzində sadəcə bir neçə saniyəlik zəng etmək üçün imkan veriblər. Bu zəngdə telefonda ana dilimizdə danışmağa başladığı üçün yanındakı məmur qışqıraraq 'sadəcə farsca' deyib telefonu kəsib və o vaxtdan əlaqə saxlamasına icazə verməyiblər”.





Ramin Cabbarlının verdiyi məlumata əsasən, Tehranda həbs olunan digər fəalların bəzisi dünən sərbəst buraxılıblar.

Azadlığa buraxılan milli fəalların dediyinə görə, Həmid Cabbarlının məhkəmədə hakimə verdiyi cavablardan əsəbləşən hakim “bu hələ burada qalmalıdır” deyərək onun azadlığa buraxılmasına icazə verməyib.





“Həmid ümumi asayişi pozmaqda ittiham olunur. Dünənə qədər başqa milli fəallarla bir yerdə saxlanılırdı. Dünən onlardan ayırıb öz deyişləri ilə “araşdırmağa” aparıblar. Əhval-ruhiyyəsinin əla olduğunu söylədilər,” deyə Ramin Cabbarlı qeyd edib.

R.Cabbarlı həmçinin qardaşının vəkillə görüşməsinə icazə verilmədiyini bildirib.





Qeyd edək ki, Ermənistanın Tovuz rayonunda həyata keçirdiyi son təxribatçı hücumlardan sonra Güney Azərbaycanın milli fəalları müxtəlif şəhərlərdə Azərbaycana dəstək aksiyasının keçirilməsi üçün çağırış ediblər.

Dəstək aksiyasından vahiməyə düşən İran təhlükəsizlik qurumları aksiyanın keçirilməsinə mane olaraq, kütləvi həbslər həyata keçiriblər.





Əldə edilən son məlumatlara əsasən, ciddi təzyiqlərə baxmayaraq Azərbaycanın müxtəlif şəhərlərində keçirilən aksiyalarda 15-dən çox milli fəal saxlanılıb. Onlardan bəzisi mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıb. Azərbaycanlı fəalların hazırda harada saxlandığı bəlli deyil.
Bu xəbər oxucular tərəfindən 306 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed